“Müttəfiqimiz Türkiyə ilə həmrəyik”

NATO müttəfiqi Türkiyə ilə həmrəydir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Twitter” hesabında yazıb. O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, – Stoltenberq sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 80 860 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 840 tank, 5 742 zirehli maşın, 1 837 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 206…

Zelenski G20 sammitində müraciətlə çıxış edəcək

Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 15-də keçiriləcək G20 sammitində çıxış edəcək. Dövlət başçısı müharibənin 263-cü gününün sonunda verdiyi videomüraciətdə Ukraynanın mövqeyinin çox mənalı şəkildə təqdim olunacağına bildirib. “Və biz artıq Ukrayna üçün vacib həftəyə – diplomatik həftəyə çox fəal hazırlaşırıq. G20 sammiti İndoneziyada keçiriləcək və bizim mövqeyimiz təqdim olunacaq. Çox əhəmiyyətlidir”, – Ukrayna lideri deyə…

Ukrayna hərbçiləri Xerson hava limanından video nümayiş etdiriblər

Xerson yaxınlığındakı Çernobaevka aerodromu Rusiya hərbi texnikası üçün qəbiristanlığa çevrilib. Ukrayna hərbçiləri noyabrın 11-də ora daxil olduqdan sonra sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin düşmən texnikasına çoxsaylı hücumlarının nəticələrini əks etdirən video yayımlayıblar.   Rus işğalından əvvəl Chernobaevkadakı “Xerson” beynəlxalq hava limanı sürətlə inkişaf etdi. Orada, ən genişmiqyaslı müharibədən əvvəl təmir işləri başa çatdırıldı. Lakin sonra…

“Qərarı Ukrayna özü verəcək”

Ukrayna Rusiya ilə danışıqlara nə vaxt başlayacağına özü qərar verməlidir. Bu sözləri Şərqi Asiya Sammitində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşün nəticələrinə dair açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Entoni Blinken həmçinin bildirib ki, Kiyev danışıqların məzmununa görə özü məsuliyyət daşıyır. Görüşdə D. Kuleba və E. Blinken “Taxıl müqaviləsi”nin qlobal…

Rusiya Çaplinkadakı helikopter bazasını təxliyə edir

Rusiyalılar Ukraynanın Çaplinka şəhərindəki helikopter bazasını boşaltmağa başlayıblar. Rus hərbçilər Xerson bölgəsində, Krıma yaxınlığında yerləşən bazalarını təxliyə edirlər. Bu barədə “Telegram” kanalları məlumat yayıb. Məlumata görə, rusiyalılar Çaplinkadakı bazadan texnikaları çıxarmağa başlayıblar.  

Azərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı olub

Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha…

İtaliyanın Baş naziri Makronu xəyanətdə ittiham edib

İtaliyanın Baş naziri Corc Meloni Fransa prezidenti Emmanuel Makronu immiqrasiya siyasətinə xəyanətdə ittiham edib. Qeyd edək ki, bir müddət əvvəl İtaliya hakimiyyəti “Ocean Viking” qeyri-hökumət təşkilatının gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. “Ocean Viking” gəmisi Aralıq dənizini keçməyə çalışan miqrantları Avropaya aparır. Bu həftə ekipajın İtaliya limanlarından birinə girişinə icazə verilməyib, bundan sonra o,…

Rusiya Kerç boğazını bağladı

Kreml Rusiya Federasiyasından kənarda yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçməsini qadağan edib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri üzrə Baş İdarədən məlumat verilib. İdarədən bildirilib ki, Rusiya Dəniz Administrasiyasından alınan bildirişə əsasən, Rusiya Federasiyası ərazisindən kənarda yüklənmiş gəmilərin Azov dənizinə keçidini təmin edən Kerç boğazından şimala hərəkəti qadağan edilib.

Rusiyadan “Taxıl sazişi” ilə bağlı müəmmalı AÇIQLAMA

“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb. Bu sözləri jurnalistlərə müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb: “Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə…