Ukraynalı qadın deputata sui-qəsdlə bağlı əsas versiyalar açıqlandı

Ukraynada naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farionun qətli ilə bağlı əsas versiyalar açıqlanıb. Bu barədə  UNİAN xəbər verir. Ukrayna daxili işlər naziri İqor Klimenkonun brifinqdə verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş deputat güllələndikdən sonra patron darağı tapıblar. Lakin o, kalibrlə bağlı təfərrüatı açıqlamayıb.   Onun sözlərinə görə, İrina Farionun qətlinin…

NATO ölkələrinə haker hücumu

İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət qurumlarına, strateji sektorlara və digər NATO ölkələrinə qarşı haker hücumlarında iştirakda şübhəli bilinən üç nəfəri saxlayıb. RBC.ru xəbər verir ki, bu barədə Mülki Qvardiyanın (İspaniya Daxili İşlər Nazirliyinin tabeliyində olan hərbiləşdirilmiş polis bölməsi – red.) məlumatında deyilir. Hakerlər Sevilya, Manakor və Huelva şəhərlərində saxlanılıblar. Təqsirləndirilən şəxslərin evlərində axtarış aparılıb, sənədlər…

Kosmosdan Xerson vilayətində su daşqının miqyası göstərilib

Rus işğalçıları Kaxovka su elektrik stansiyasını dağıdandan bir gün sonra şəbəkədə Xerson vilayətinin yeni peyk şəkilləri peyda olub. Maxar Technologies-dən olan görüntülər bölgədəki daşqının miqyasını göstərir. Görüntülər Novaya Kaxovka ilə Xersonun cənub-qərbindəki Dnepr körfəzi arasında 2500 kvadrat kilometrdən çox ərazini əhatə edir. Yayımlanan kadrlarda Kaxovskaya SES-in partladılmış bəndinin əslində tamamilə su altında qaldığı görünür. Mülki…

Yaponiyada zəlzələdə xəsarət alanların sayı artdı

Yaponiyanın şərqində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı səkkiz nəfərə çatıb. Bundan əvvəl zərərçəkənlərin üç nəfər olduğu deyilirdi. Zəlzələnin episentri Çiba prefekturasının Kisarazu şəhəri yaxınlığında yerləşib. Hadisə şahidlərinin sözlərinə görə, təbii fəlakət nəticəsində binalara ziyan dəyib, evlərin damından kirəmitlər düşüb, pəncərələr sınıb, bəzi binalarda liftlər dayanıb. Yaponiya Meteorologiya Agentliyi ehtiyatlı olmağa çağırıb, çünki afterşoklar…

BMT Ukraynada həlak olan dinc sakinlərin sayını açıqladı

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 793 mülki şəxs zərər çəkib. Onlardan 8 173 nəfər həlak olub. Bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb. Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 620 nəfərin də yaralandığını qeydə alıb. Ötən ay 589 zərərçəkmiş təsdiqlənib – 138 dinc sakin həlak…

Avstraliya sahillərində güclü zəlzələ baş verib

Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb. Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə olub. Burada Avstraliya və Yeni Zelandiya alimlərinin yaşadığı və işlədiyi Makkuari adasının subarktik tədqiqat stansiyası, həm də Avstraliya elmi-tədqiqat donanmasının limanı yerləşir. Zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Dağıntı…

Xocalı soyqırımından 31 il keçir

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin,…

Baykal gölündə 6 bala yaxın zəlzələ baş verib

Baykal gölünün akvatoriyasında 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Qeyd olunur ki, zəlzələ Moskva vaxtı ilə 05:35-də (Bakı vaxtı ilə 06:35) qeydə alınıb. Təbiət hadisəsi nəticəsində ölən və xəsarət alan olmayıb.

Yeni Zelandiyada əsrin fəlakəti yaşandı

“Yeni Zelandiyada baş verən siklon son 100 ilin ən güclü fəlakətidir”. Bu barədə hökumət başçısı Kris Hipkins ölkəni cənginə alan “Qabriel” siklonu və ardınca gələn fəlakətlərlə bağlı bildirib. Qeyd edək ki, qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib, ucqar ərazilərin xarici aləmlə…

Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxarıb

Azərbaycanlı Ceyhun Xəlilov hazırladığı xüsusi cihazın köməyi ilə Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində xilasedicilərə kömək edir. Həmin cihazın köməyi ilə indiyədək 14 nəfər dağıntılar altından çıxarılıb. Xəlilov bildirib ki, qardaş ölkədə zəlzələlərin baş verməsindən xəbər tutan kimi onun da təbii fəlakət zonasına göndəriləcək xilasetmə dəstəsinə daxil edilməsi xahişi ilə Azərbaycanın müvafiq qurumlarına müraciət edib.…