ABŞ 4 rusiyapərəst ukraynalıya sanksiyalar tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalarla bağlı nazirlik xüsusi bəyanat yayıb. Sanksiyalar siyahısına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərinin sabiq müavini Vladimir Sivkoviç, Ali Radanın deputatları Taras Kozak, Oleq Voloşin və sabiq deputat Vladimir Oleynik əlavə edilib.










