“Sülh müqaviləsi üzərində aparılan işin növbəti mərhələsi başa çatıb, sənəd Bakıya təqdim edilib”

“Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzərində apardığı işin növbəti mərhələsini başa vurub, eyni zamanda, bu təklifləri Bakıya təqdim etmişik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Nikol Paşinyan həmçinin qeyd edib ki, sənəd ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib. “Biz layihə üzərində belə bir məntiqlə işləyirik: istənilən vaxt imzalamağa…

“ABŞ Cənubi Qafqazda gərginliyi azaltmağa çalışır”

“Həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mesajımız hərtərəfli və davamlı sülh yoluna qayıtmaq naminə gərginliyi azaltmaq üçün bir yol tapmaqdır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ bu istiqamətdə göstərilən səylərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iştirak edir. “Vaşinqton prosesi irəliyə aparmaq üçün institutlar və…

Almaniya Türkiyədə tikilən AES üçün avadanlıq göndərməyi qadağan edib

Almaniya Türkiyədə “Rosatom” şirkəti tərəfindən inşa etdirilən “Akkuyu” atom elektrik stansiyasına avadanlıq tədarükünü əngəlləyib. Mənbə iddia edir ki, Türkiyə hökuməti hazırda tikilməkdə olan AES-ə avadanlıqların hansı şərtlərlə verilə biləcəyini öyrənmək üçün Almaniya hökuməti ilə danışıqlar aparır. Almaniya hökuməti hələlik yayılan xəbər barədə hər hansı şərh verməyib. Xatırladaq ki, Türkiyənin ilk atom elektrik stansiyası olacaq “Akkuyu”…

Türkiyəli iş adamı köhnə maşınla qardaş ölkəyə yardım aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə etdi

Türkiyəli iş adamı qırmızı rəngli köhnə VAZ avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edib. Bu barədə məlumatı sosial şəbəkədə jurnalist Məhəmməd Türkmən paylaşıb. Məlumata görə, Sərvər Türkiyədə olduğu üçün maşın atasına təhvil verilib.  

Türkiyədə zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib. O, zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 min azn) nağd pul veriləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, hazırda dövlət 1,6 milyon zərərçəkmiş vətəndaşın ehtiyaclarını qarşılayır.

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində paylaşım edib. Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir. Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı…

ABŞ ələ keçirdiyi İran silahları Ukraynaya verə bilər

ABŞ ordusu Ukraynaya ələ keçirdiyi İran silahların verilməsi imkanını nəzərdən keçirir. Söhbət İranın Yəməndə dəstəklədiyi qruplaşmalara göndərdiyi silahlardan gedir. Ukraynaya 5 min avtomat, 1,6 milyon patron, az sayda tank əleyhinə raketlər və 7 mindən çox təmasslz partlayıcı verilə bilər. Ağ Evin Milli Təhlükəsizlik Şurası bu məlumatın dərci ilə bağlı şərh verməkdən imtina edib.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub

Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub. Bu barədə o, şəxsi “Instagram” hesabında paylaşım edib. Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.  

Ukraynada 8 Mart, 1 May və Qələbə günləri ləğv olunur

Ukrayna Ali Radasına 8 Mart – Beynəlxalq Qadınlar, 1 May – Beynəlxalq Əmək və 9 May – Qələbə günlərinin qeyd edilməsinin ləğvi haqqında qanun layihəsi təqdim edilib. Sənəd parlamentin saytında dərc olunub. Belə ki, layihədə 8 Mart əvəzinə yeni dövlət bayramının – fevralın 25-də Ukrayna Qadını Gününün təsis edilməsi və rəsmi istirahət günü olması təklif edilib.…

“Son fəlakətdə dağılan bütün binaların 98 faizi 1990-cı ildən əvvəl tikilib”

“Son fəlakətdə dağılan bütün binaların 98 faizinin 1990-cı ildən əvvəl tikilməsi tikinti standartları baxımından əldə etdiyimiz irəliləyişləri göstərir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bəyan edib. O, qeyd edib ki, artıq martın əvvəlində zəlzələdən zərər şəkənlər üçün 30 min evin tikintisinə başlanılacaq. “İtirməyə bir dəqiqə belə qalmayacağının fərqində olaraq, zərərin…