“Müharibə zamanı Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub”
2014-cü ildən bəri Rusiya Ukraynaya qarşı müharibə zamanı 400-ə yaxın beynəlxalq müqaviləni pozub. Xüsusilə Ukraynaya qarşı təcavüzdən çəkinmək öhdəliyi imzaladığı Budapeşt Memorandumunu pozub. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kopenhagen Demokratik Sammitinin iştirakçılarına müraciəti zamanı deyib. “Söz həmişə qanunun əsasıdır. Söz həmişə müqavilənin əsasıdır. Konvensiyalar, nizamnamələr, bəyannamələr və əlbəttə ki, memorandumlar. Yalnız Rusiyanın Ukraynaya qarşı müharibəsi…










