Polşa Ukraynaya “Leopard” tankları verəcək

Prezident Vladimir Zelenski Lvovda polşalı həmkarı Anjey Duda və litvalı həmkarı Gitanas Nauseda ilə görüşüb. Görüşdən sonra Duda Polşanın beynəlxalq koalisiyanın tərkibində Almaniya istehsalı “Leopard” ağır tanklarından ibarət bir bölüyü Ukraynaya təhvil verəcəyini açıqlayıb. Xatırladaq ki, Böyük Britaniyanın “Challenger 2” tanklarını Ukrayna Silahlı Qüvvələrinə ötürə biləcəyi ilə bağlı məlumatlar fonunda Polşa və Fransa Ukraynaya “Leopard”…

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

Niderlandda fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin Nümayəndələr (Aşağı) Palatasına müraciət edib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin adından Niderland parlamentinin Nümayəndələr Palatasının sədri Vera Berqkampa ünvanlanan məktubda bu ölkədə yaşayan 15 minlik azərbaycanlı icmasının Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsi və aşağı palatanın bu məsələdə nümayiş etdirdiyi birtərəfli, qərəzli mövqeyi ilə əlaqədar narahatlığı diqqətə…

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib. Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq,…

Rusiya XİN Paşinyanı reallığa çağırdı

“Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində deyilir. Onun sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqləndiyi üçün Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. “Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş…

Paşinyan separatçıları Qarabağda vəziyyəti gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan separatçıları Qarabağda vəziyyəti daha da gərginləşdirə biləcək və Bakıya hərbi əməliyyatları başlamaq üçün rəvac verəcək bəyanatlardan çəkinməyə çağırıb. Hökumətin iclasında o qeyd edib ki, son illərin hadisə və prosesləri ayıq şəkildə təhlil edilməlidir. Paşinyanın sözlərinə görə, Qarabağda separatçı ermənilərin bəyanatları heç bir fayda vermir.

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədrinə “Fəxri doktor” diplomu verildi

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Beynəlxalq Psixologiya Akademiyasının Elmi Şurasının qərarı ilə Akademiyanın “Fəxri doktor” diplomu ilə təltif edilib. Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın “Fəxru doktor” diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb. Elmar Məmmədov ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının rəhbərliyinə və və Elmi Şura…

“Türkiyə Avropadan fərqli olaraq nümunəvi mövqe nümayiş etdirir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin terror yuvasına çevrildiyini deyib. Bu barədə o, prezident iqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında danışıb. “Bu gün NATO-dakı və ya BMT-nin çətiri altında bir yerdə olduğumuz bəzi ölkələr quldurların sığınacağına çevrilib. Təəssüf ki, terrorçuların məsuliyyətə cəlb olunması üçün heç bir səy göstərilmir. Avropada yuva quran terror tərəfdarlarına qarşı tədbir…

Rusiyanın Ukraynadakı müharibəsinə Gerasimov rəhbərlik edəcək

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Ukraynada aparılan hərbi əməliyyatlar zonasındakı Birləşmiş Qüvvələr Qrupunun rəhbərliyində dəyişiklik edilməsi barədə əmr imzalayıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Baş Qərargah rəisi Valeri Gerasimov müharibə bölgəsindəki Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib. Həmçinin, Aerokosmik Qüvvələrin baş komandanı, ordu generalı Sergey Surovikin, quru qoşunlarının baş komandanı, ordu…

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir. Bu barədə təşkilatın bəyanatında bildirilir. “Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı,…