Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı

“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Şuşa…

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub. Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər. AZƏRTAC-ın bölgə…

“Ukraynadan taxıl daşıyan gəmilərdə qeyri-qanuni yüklər aşkar edilməyib”

BMT gəmi sahiblərinin Ukrayna taxılının ixracında iştiraka böyük marağı olduğunu qeyd edir. Bunu çərşənbə günü brifinqdə BMT-nin İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki müvəqqəti nümayəndəsi Frederik Cey Kenni deyib. BMT sözçüsü bildirib ki, İstanbuldakı mərkəz qida ixracı ilə məşğul olan gəmiləri yoxlamaq üçün lazım olan vaxtın azaldılmasını nəzərdən keçirəcək. Onun sözlərinə görə, indi yoxlamalar iki saatdan dörd…

Kanada səmasında sirli işıqlı zolaq peyda olub

Kanadada STEVE adlı nadir atmosfer hadisəsi qeydə alınıb. Kadrlar Alberta əyalətində yaşayan Alan Dayer adlı fotoqraf tərəfindən çəkilib. Hadisə şahidlərinin sözlərinə görə, yaşıl və bənövşəyi zolaqlar 40 dəqiqə ərzində səmada parıldayıb. STEVE fenomeni 2017-ci ildə kanadalı həvəskar astronomlar tərəfindən kəşf edilib. Əvvəlcə bu halı qütb parıltısı ilə səhv salıblar. Lakin sonda “Swarm” peykinin köməyi ilə…

“Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik”

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb. “Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü…

ABŞ və Norveç “hibrid” döyüş sursatını sınaqdan keçiriblər

Amerikanın “Boeing” və Norveçin “Nammo” şirkətləri “Ramjet 155” reaktiv mühərrikli artilleriya mərmisini sınaqdan keçiriblər. Sınaqlar Norveçdə baş tutub. Sınaq zamanı sursatın sabit uçuşunun imkanları və hərəkət sisteminin fəaliyyəti yoxlanılıb. Gələcəkdə şirkətlər sursatın idarə olunan uçuşunu həyata keçirməyi planlaşdırırlar. “Boeing” şirkəti “Ramjet 155”i raketlərin və idarə olunan artilleriyanın “hibridləri” adlandırır. Güman edilir ki, bu sursat 155…

Rusiya hərbçiləri İran PUA-ları ilə təlimlərə başlayıblar

Rusiya hərbçiləri İranın “Şahed-191” və “Şahed-129” zərbə PUA-ları ilə təlimlərə başlayıblar. Bu barədə CNN anonim qalmaq istəyən hökumət rəsmisinə istinadən məlumat yayıb. “Son bir neçə həftə ərzində Rusiya rəsmiləri İrandan Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə dair razılaşma çərçivəsində İranda təlim keçiblər”, – mənbə bildirib. CNN xatırladır ki, hələ iyun ayında Rusiya ordusunun İrandan dronlar almaq…

Litvada Rusiya qatarlarını helikopterlər müşayiət edir

Litvada bir çox Rusiya qatarlarını Litva helikopterləri müşayiət edir. Uçuşların sayı isə dörd dəfə artıb. Bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib. “Bir çox Rusiya qatarları Litva helikopterlərinin müşayiəti ilə hərəkət edir. Buna səbəb qatarların dayanmadığına, nələrisə yükləmədiyinə və ya boşaltmadığına əmin olmaqdır. Litva sərhədçiləri hazırda 2020-ci ildə olduğundan dörd dəfə çox…

“Ukraynada azı 10 rusiyalı general məhv edilib”

Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rusiyalı generalı məhv edib. Bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. Britaniya kəşfiyyatının məlumatına görə, məhz bu səbəbdən Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər. Qeyd olunub ki, belə vəziyyət, çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha da dərinləşdirəcək.

Volodimir Zelenski “Amnesty International”ı tənqid etdi

Ukrayna prezidenti Volodimir Zelenski “Amnesty International” təşkilatının fəaliyyətini tənqid edib. Ukrayna Prezidenti bəyan edib ki, təşkilat rusiyalı hərbçilərin Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) hərəkətlərinə lazımi reaksiyanı vermir. “Rusiyalı hərbçilər dünyada ilk dəfə olaraq AES-dən terror məqsədilə istifadə ediblər. Zaporojye Atom Elektrik Stansiyası Avropada ən böyük AES-dir. Biz dünyanın diqqətini bu fakta yönəldəcəyik. Bu qlobal təhlükə…