Moskva vilayətində Müslüm Maqomayevə həsr olunmuş təntənəli gecə təşkil edilib

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan…

Misirdəki diaspor mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələrlə görüş keçirilib

Misirdə səfərdə olan Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti bu ölkədəki Azərbaycan diaspor mərkəzindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələrlə görüş keçirib. Tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor mərkəzi nəzdində fəaliyyət göstərən kurslar haqqında ətraflı məlumat verib. O,…

“Strateji əhəmiyyət kəsb edən bölgədə əvvəllər rus sülhməramlıların varlığı var idisə, hazırda bu varlıq yoxdur”

“Biz Ağdağ yüksəkliyinin bu hissəsinin vacib sektor kimi əhəmiyyətini çox yaxşı dərk edirdik və təsəvvür edirdik”. Bunu Qafan şəhərinin başçısı Gevorq Parsyan deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu ötən il dekabrın 18-dən etibarən Ağdağ yüksəkliyinin bu hissəsində yerləşməyə çalışıb. “Bir neçə dəfə cəhdlər etdikdən sonra biz onları geri qaytara bildik, lakin mənə təəccüblüdür ki, onlar…

Rusiya sülhməramlılarının erməniləri qorxudan qorxusu

Bu yaxında bütün erməni nəşrlərində belə bir informasiya yayıldı ki, guya Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri “ermənilərin Qarabağdan sürətlə emiqrasiya etməsindən” son dərəcə narahatdırlar. Bununla bağlı “Hraparak” (“Meydan”) yazmışdı ki, guya, Moskvada və yerlərdə “hesab edirlər ki, emiqrasiya nəticəsində Qarabağın demoqrafik mənzərəsi dəyişəcək, insanların yaşamadığı torpaqların da müdafiəyə ehtiyacı qalmayacaq…” “Onlara (Rusiya hökümətinə…

“Ukrayna NATO-ya daxil olarsa…”

Ukraynanın NATO-ya daxil olması Moskvanı buna reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli bir addım olardı. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “Biz düşünürük ki, bu, Rusiyanı buna müvafiq reaksiya verməyə məcbur edəcək son dərəcə təhlükəli addım olardı”, – deyə “RİA-Novosti” Rudenkonun sözlərindən sitat gətirir. O qeyd edib ki, alyans “istənilən addımın…

Ankaranın Suriyada əməliyyat siqnalı

Suriyanın şimalında Türkiyənin yeni əməliyyat keçirməsi haqda siqnal verməsi PKK/YPG qüvvələri daxilində təşvişə səbəb olub. Terror təşkilatı gənclər arasında zorla hərbçi toplamaq və gücünü artırmaq üçün yeni həmləyə başlayıb. Yerli qaynaqlardan əldə edilən informasiyaya görə, YPG-yə bağlı hərbi polis nümayəndələri dünən səhər saatlarında nəzarət məntəqələri və mobil patrullar sayəsində 40-dan çox gənci həbs edib. Terror…

“Qonşularla əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”

“Yad ölkələr bölgə xalqının yaxşılığını istəmir. Qonşularla əlaqələr İran üçün prioritetdir və İranla qonşuları arasında əlaqələrin zədələnməsinə icazə verməyəcəyik”. Bunu İran Prezidenti İbrahim Rəisi Şərqi və Qərbi Azərbaycan vilayətlərinin valiləri və millət vəkilləri ilə görüşdə deyib. “Yaxşı qonşuluq, iqtisadi və ticari əlaqələr, sərhəd bazarlarının aktivliyi İranın siyasətidir. Qonşularımızla ticarət və iqtisadiyyatın inkişafı bölgə ölkələri ilə…

“İranla qarşıdurma an məsələdir”

İsrail və İran arasında müharibə an məsələsidir və bu çox uzaqda deyil. Bunu İsrailin maliyyə naziri Aviqdor Liberman elan edib. Nazir İran və İsrail arasında gərginliklə bağlı qiymətləndirmə edərkən İranla nüvə anlaşmasının yenilənməsinə dair aparılan müzakirələrə deyinib: “Heç bir diplomatik məhələ və ya razılaşma İranı nüvə proqramını durdura bilməz”. İranı hədəfə alan Liberman qeyd edib…

Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur

“Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bərpa və yenidənqurmadan sonra Füzuli rayon iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyası həyata keçiriləcək”. Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat rayonda yeni istifadəyə verilmiş beynəlxalq hava limanının üstünlüklərindən də danışıb: “Ötən dövr ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi yalnız…

Türkiyədə zəngin qızıl yatağı tapıldı

Türkiyənin Bilecik əyalətinin Söğüt mahalında “Gübretaş”a məxsus mədən bölgəsində 3.5 milyon unsiyalıq qızıl kəşf edilib. Türkiyənin “Rəsmi Qəzet”də Söğütdəki dördüncü qrup mədənlərdən biri olan volfram, qızıl və gümüş əməliyyat lisenziyası sahələri daxilində qalan bəzi daşınmaz əmlakların təcili ictimaiyyətə açıqlanmasına dair Prezidentin qərarı yayımlanıb. Buna görə də, Bilecikdə dördüncü qrup mədənlərdən olan volfram, qızıl və gümüş…