Prezident bir qrup işçiyə fəxri ad verib

Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: Abasov Xalid Əvəz oğlu Abdullayev Elşad Əlipaşa oğlu Abışov İxtiyar Şükür oğlu Məmmədov Adəm İman oğlu Məmmədov Natiq Misir oğlu.

Ukraynanın müdafiə naziri Kiyevi NATO-nun faktiki üzvü kimi tanımağı təklif edib

Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-ya Ukraynanı faktiki üzv kimi tanımağı və onu alyansın Madrid sammitində müzakirə olunacaq yeni strategiyasına daxil etməyi təklif edib. “NATO-nun Madriddə keçiriləcək sammiti zamanı… (alyans – red.) növbəti 10 il üçün strategiya qəbul edəcək. Məncə, əgər söhbət Ukraynanın de-yure deyil, de-fakto NATO-ya üzvlüyündən gedirsə, bu yaxşı fikir ola bilər, belə…

Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Məlumata görə, görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi müzakirə olunub. Görüş zamanı Ərdoğan İsveç və Finlandiyanın üzvlük tələblərinə dair Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının ədalətli və qanuni əsaslara söykəndiyini qeyd edib. Prezident vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə…

Putin Ukraynaya taxıl ixrac etmək üçün yollar təklif edib

Rusiya Ukrayna taxılının onun tərəfindən işğal edilmiş Berdyansk və Mariupol limanları vasitəsilə ixracını təmin etməyə hazırdır, həmçinin Ukraynanın nəzarətində olan limanlardan taxıl daşıyan gəmilərin beynəlxalq sulara sülh yolu ilə keçməsinə zəmanət verir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Moskva.Kreml.Putin” proqramına müsahibəsində bildirib. “İlk olaraq taxılın Ukraynanın nəzarətində olan limanlar, Qara dəniz sahilləri – Odessa və…

“Ukrayna artıq faktiki olaraq Aİ-nin bir hissəsidir”

Prezident Volodimir Zelenski Lüksemburq parlamentindəki çıxışında Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə dəstək olunacağına ümid etdiyini bildirib. “Ukrayna artıq faktiki olaraq Avropa İttifaqının bir hissəsinə çevrilib. Biz artıq həm ikitərəfli səviyyədə, həm də Aİ səviyyəsində tamhüquqlu üzvlüyə uyğun miqyasda əməkdaşlıq edirik. Bunu bir-birimizi müdafiə etməyimizdən yaxşı nə sübut edə bilər?” – deyə Zelenski qeyd edib. O,…

OPEC+ ölkələri neft hasilatını artırır

OPEC+ ölkələrinin nazirləri iyul və avqust aylarında gündəlik neft hasilatını 648 min barel artırmaq barədə razılığa gəliblər. OPEC-in saytında dərc olunan yekun kommünikedə qeyd olunur ki, alyans üzvləri sentyabr ayı üçün gündəlik 432 min barel neft hasilatı kvotasını iyul və avqust ayları üzrə bərabər şəkildə bölüşdürmək qərarına gəliblər. Beləliklə də, növbəti iki ay ərzində hasilatın…

Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək. Yeni paket Avropanın dəniz yolu ilə daşınan Rusiya neftindən imtinasını nəzərdə tutur. Aİ ölkələri onu növbəti altı ay, neft məhsullarını isə səkkiz ay ərzində almağı dayandırmalı olacaqlar. Bundan əlavə, altı aydan sonra Rusiya neftinin digər ölkələrə tədarükünün sığortasına…

İsveç Ukraynaya 95 milyon avrodan çox hərbi yardım göndərəcək

İsveç hökuməti Ukraynaya 95 milyon avrodan çox hərbi yardım paketi göndərəcək. Buraya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və tüfənglər daxil olacaq. Bu barədə İsveçin xarici işlər naziri Ann Linde özünün “Twitter” hesabında məlumat verib. “İsveç Ukraynaya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və 12,7 mm-lik tüfənglər, o cümlədən döyüş sursatları göndərəcək. Bu 4-cü dəstək…

“Azərbaycanın əlavə yanacaq ayırmasını yüksək qiymətləndiririk”

Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb. Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır. Ukrayna əhalisinin və məcburi…

Türkiyə doqquz ölkəyə müdafiə sənayesi müşavirləri göndərir

Türkiyə doqquz ölkədə Müdafiə Sənayesi Ofisinin təşkilatını açacaq. Müvafiq qərar “Resmi Gazete”də dərc edilib. Həmin ölkələr Azərbaycan, Böyük Britaniya, Qətər, Pakistan, Braziliya, İndoneziya, Malayziya, Oman və Banqladeşdir. Yaradılacaq təşkilatlar Ofisin səlahiyyətlərinə aid olan məsələlərdə diplomatik fəaliyyət göstərəcək, olduqları ölkədə müdafiə sənayesində baş verənləri və müvafiq qanunvericilik aktlarını izləyəcək, hesabat verəcək, qiymətləndirəcək və nəticələr barədə Ofisə məlumat…