“Rusiya şirkətləri Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır”
“Rusiya şirkətləri Qarabağ münaqişəsindən sonra bölgədə görülən bərpa işlərində iştirak etməyə hazırdır. Belə ki, ölkənin bir qrup şirkəti noyabrın 17-18-də Azərbaycana səfər etmək niyyətindədir”. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. İkitərəfli əməkdaşlığa misal olaraq Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini göstərən rusiyalı rəsmi…









