ABŞ-a baha başa gələcək

ABŞ-ın bu qərarı mühüm sahələrdə qarşılıqlı dialoqa və əməkdaşlığa xələl gətirə bilər. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot qərarı ilə bağlı danışarkən deyib. Sözçü ABŞ-ın oyunlara zərər vurmağa çalışdığını və bununla öz etibarını zədələdiyini vurğulayıb. Çin Xarici İşlər Nazirliyi qarşılıqlı tədbirlər görüləcəyini, ABŞ-ın bu səhvlərinin baha başa…

ABŞ yaxşı başa düşür ki, SSRİ-nin bərpası mümkün deyil

SSRİ-ni yenidən bərpa etmək mümkün deyil. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “ABŞ dövlət katibinin müavini Viktoriya Nuland yaxşı başa düşür ki, SSRİ-ni yenidən bərpa etmək mümkün deyil”, – deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, V. Nuland ABŞ hakimiyyətinin Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını yenidən bərpa etmək səylərindən qorxduğunu açıqlayıb.

Səudiyyə ABŞ-dan kömək istədi

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin sursatları, eləcə də “Patriot” raketləri tükənmək üzrədir. “Vol Strit” jurnalı məlumat verir ki, Səudiyyə Ərəbistanı bununla bağlı ABŞ və Avropa başda olmaqla müttəfiqlərindən təcili kömək istəyib. Belə ki, yerli mənbələr Yəməndən husilər tərəfindən PUA və digər vasitələrlə edilən hücumların qarşısının alınmasında istifadə olunan “Patriot” raketlərinin bitmək üzrə olduğunu qeyd…

İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlandı

Yeni doğulan uşaqara gülünc, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub. Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. “Bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır. Bu, dünya praktikasında da belədir. Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, oğlan…

Kəramət Hüseynov qızıl medal qazandı

Cüdo üzrə Azərbaycan Kubokunda daha 4 çəki üzrə medalçılar müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə qadınlar arasında 52 kq (10 iştirakçı) və 70 kq (4 iştirakçı), kişilər arasında isə 66 kq (52 iştirakçı) və 90 kq (15 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar bəlli olub. 60…

“Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm”. Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Bazel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis zədəsini yenicə sağaltmış kolumbiyalı müdafiəçi Kevin Medinanın artıq komandaya qoşulacağını bildirib: “Məşq etdikdən sonra ümumi gedişata…

“Putin nəzakətli idi, mesajımı aldı…”

Putin nəzakətli idi, amma çox açıq şəkildə söylədim. Əgər o, həqiqətən də Ukraynanı işğal etsə, bunun ciddi nəticələri olacaq. Heç vaxt görmədiyiniz iqtisadi nəticələr… Mesajı aldığına əminəm. Bu sözləri ABŞ Prezidenti Co Bayden Rusiya prezidenti ilə keçirdiyi görüş barədə jurnalistlərə açıqlamasında deyib. ABŞ prezidenti Rusiyanın qarşısını almaq məqsədilə Ukraynaya amerialı hərbçilərin göndərilib-göndərilməyəcəyinə dair sualı belə…

“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Bakıda “Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Qarabağ Azadlıq Təşkilatının və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə əyani və videokonfrans formatında baş tutan konfransda Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Almaniya, Rusiya, Niderland, İsveçrə, İsveç və digər ölkələrdə yaşayan elm…

Ermənistan öhdəliklərini yerinə yetirmir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin 7 dekabr 2021-ci il tarixli açıqlaması ilə bağlı şərh verib. XİN-dən verilən məlumatda deyilir: “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil…

İrəvan müharibəyə səbəb yaradır

Prezident İlham Əliyevin ötən gün Ermənistana xəbərdarlıq etməsi danışıqların ictimaiyyətə açıqlanmayan tərəfini təsəvvür etməyə imkan verir. Bu, bir daha təsdiqləyir ki, Ermənistan kommunikasiyaların açılmasından və 10 noyabr, 11 yanvar, 26 noyabr bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Bu sözləri  politoloq, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı Prezident İlham Əliyevin ötən gün Zəngəzur dəhlizinin açılması…