Acun Ilıcalı canlı yayımda etiraf edib – “Ata tərəfim Azərbaycan köklüdür”

Xəbər verdiyimiz kimi,  Acun Ilıcalı TV8-də “Müge ve Gülşen’le 2.Sayfa” proqramının qonağı olub. Platform4.news xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. “Çox gözəl yatıram. Hətta verilişdə reklam fasiləsində yata bilərəm. Gənclik iliksirim yoxdur, ruhum gəncdir. Heç bir estetikim də yoxdur. Ailədən qaynaqlanır. Genetik…

Prezident minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə…

Azərbaycan bu il neçə ölkəyə nə qədər neft ixrac edib?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 4 001 658,58 min ABŞ dolları dəyərində 8 936 546,4 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb. Platform4.news-un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 510…

Jurnalistin qanuni torpağına göz dikən və ev tikilməsinə problem yaradan kimdir? – IDDIA

27 Iyul 2021ci il tarixdə qanuni şəkildə notarius qaydası ilə Agstafa rayonu Vurğun qəsəbəsindən Qurbanova Əminə Əliyullah qızına məxsus 6sot torpaq sahəsini alqı-satqı yoluyla almışam. Alan gündən yaxın qonşu olan Arıxov Afiq Tofiq oğlu və onun xanımı Arixova Rəqsanə tərəfindən mübahisə yaradılıb. Torpaqda əyrilik olduğundan 50sm yola çıxmaq üçün qonşudan xahiş etsəmdə qonşu mübahisə yaradaraq…

Vaşinqtonda Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşəmələr keçiriləcək

Türkiyə ilə ABŞ arasında Vaşinqtonda siyasi məsləhətləşəmələr keçiriləcək. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir. Açıqlamada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərliyilə bir qrup heyətin sentyabrın 16-17-də Vaşinqtona gedəcəyi, Sedat Önalın ABŞ Dövlət Katibinin müavini Vendi Şerman və ABŞ-ın Siyasi Məsələlər üzrə müavini Victoria Nuland ilə görüşəcəyi qeyd olunub. Səfər çərçivəsində…

Rusiya Ermənistanla birgə “İskəndər-M” raketini sınaqdan keçirir – VİDEO

Rusiya “İskəndər-M” taktiki raket komplekslərinin ekipajları, “Zapad-2021” hərbi təlimləri çərçivəsində, Mulino sınaq poliqonundan 50 kilometr aralıdakı mövqedən atəş açan düşmən komandanlıq məntəqəsinə və digər kritik obyektlərə qrup raket zərbəsi endirib. Platform4.news  “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. “Qrup raket zərbəsi eyni vaxtda dörd” “İsgəndər-M ” taktiki raket sistemini işə…

Bakıda başlayıb Qarabağda davam edən müttəfiqlik

Sentyabrın 15-i Azərbaycan və Türkiyə tarixinin möhtəşəm günlərindən biridir. İndi olduğu kimi, 103 il əvvəl “bir millət, iki dövlət” özünü təsdiqlədi. Yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə qardaş Osmanlı dövləti yardım etdi. Deməli, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilsə də, bu milli dövlətin quruculuğu əsasən sentyabrın 15-dən sonra başlayıb. Nuru Paşanın rəhbərlik etdiyi…

Bakı Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşlərinin məkanına çevrilə bilər – Yevgeni Şevçenko

“Mən azərbaycanlılarla birlikdə sovet ordusunda xidmət etmişəm, xalqınızı yaxşı tanıyıram”. Platform4.news  xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko Oxu.Az-a müsahibəsi zamanı deyib: “Ümumiyyətlə, Şərqə xüsusi, isti münasibətim var (gülümsəyir – red.)”. O, Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü üçün Bakının uyğun şəhər olacağını bildirib: “Bakı bu cür görüşlərin məkanına çevrilə bilər.…

“BBC World News” telekanalı Azərbaycan haqqında videomaterial hazırlayıb – VİDEO

“BBC World News” telekanalı Azərbaycan haqqında videomaterial hazırlayıb. Platform4.news  APA-ya istinadən xəbər verir ki, videomaterialda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkədəki inkişaf əksini tapıb. Materialda Şuşa şəhəri ilə bağlı kadrlar da yer alır. Videomaterial “Hardtalk”, “BBC World News”, “BBC Business Report”, “Impact” və digər məşhur proqramlar da yayımlanır.…