Bu gündən bir sıra məkanlara giriş COVID-19 pasportu ilə mümkün olacaq

Bu gündən – sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Yaşı 18-dən yuxarı olan şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin…

Əli Musa: Avropadan Azərbaycana qarşı radikal çıxışları təşkil edənlər kimlərdir?

Son zamanlar media üzərindən aparılan araşdırmalardan məlum olur ki, özünü bir sıra tənqidçi media qurumu kim təqdim edərək fəaliyyət göstərən şəxslər Avropada peyda olub. Bu adamlar indi də Avropada mühacir həyatı yaşamaqla sanki, dövlətimizə qarşı qənim kəsilib. Belə insanlar doğulub boya-başa çatdıqları ölkəyə xəyanət etməyi özləri üçün xüsusi vəzifə seçiblər. Bu insanlar Azərbaycan hakimiyyətinə və…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak ediblər

Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər. Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışında iştirak ediblər

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb. Paylaşımda bu sözlər qeyd olunur: “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən”. Avtomobildə çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: “Füzuli Beynəlxalq Hava…

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə…

Gorus-Qafan yolu insidenti:

Ötən il 44 günlük Vətən müharibəsi apararaq işğalçı Ermənistan üzərində parlaq qələbə qazanan Azərbaycan Respublikası regionda yeni geosiyasi şərait yaratdı. Müharibədən əvvəl onsuz da regionun şəksiz lideri olan müstəqil dövlətimiz bu gün bölgədə hər sahədə söz sahibidir. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının çıxışlarında qeyd etdiyi kimi bu gün bölgədə heç bir…

Mehriban Əliyeva dünya rekorduna imza atan atletimizi təbrik etdi

“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!”. Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində yazıb. Qeyd edək ki, para-atletimiz Həmid Heydəri Tokio-2020…

Amerikada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvləri Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən “Yuta–Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib. Mənbə: Diasporla İş üzrə Dövlət Komitəsi // Platform4.news Bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta–Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda məlumat verilib. Məktubda…