“Ermənistan iddialardan imtina etməli, sülh müqaviləsi imzalanmalıdır”
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamalıdır. Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu, tamamilə qəbul olunmazdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.…










