Xocalı soyqırımından 31 il keçir

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin,…

“Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün zəfər…

Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib

Azərbaycanlı xilasedicilər və həkimlər zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirirlər. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları…

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb. Bəyanatda deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər…

“İlham Əliyev Azərbaycan tarixinə öz dövlətinin əsl başçısı kimi düşəcək”

Erməni siyasətçi Vladimir Poqosyan “Noyan Tapan” verilişinin efirində Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqının və dövlətinin tarixinə düşəcəyini etiraf edib. “Əgər Əliyevdən danışırıqsa, bu, ölkəsinin əsl prezidentidir. Hər nə desək də, azərbaycanlıları bəyənib-bəyənməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır və o, öz dövləti baxımından Azərbaycanın tarixinə düşəcək. Bizim siyasətçilərdə Əliyevdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun…

Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Azərbaycan – Özbəkistan  Regionlararası Forumu çərçivəsində bu ölkədə səfərdə olub. Səfər çərçivəsində tarixi Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədilə ikitərəfli sənəd imzalanıb. Tədbirdə çıxışı…

BMT TŞ Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanıb

Rusiyanın Ukraynaya başlatdığı genişmiqyaslı müharibəsinin birinci il dönümündə BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanıb. Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizliyin qurulması” adlı sessiyada ABŞ dövlət katibi Entoni Blinken və üzv dövlətlər xarici işlər nazirləri iştirak edib. BMT-nin Baş katibi Antoniu Quterreş çıxışında BMT Nizamnaməsindəki prinsiplərin sadəcə kağız üzərindəki sözlər olmadığını və bunların…

Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu barədə İsveç sədrliyi məlumat yayıb. “Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı…