G7 ölkələri Ukraynaya 30 milyard avro yardım edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir. Məlumata görə, müvafiq qərarın G7-nin maliyyə nazirlərinin gələn həftə Almaniyada keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir. Lakin sözügedən qərarın qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, hazırda G7 ölkələri arasında bu məsələdə vahid mövqe yoxdur. Əgər müvafiq qərar qəbul edilərsə, vəsaitlər kredit və…

ABŞ Avropaya on mindən çox hərbçi göndərir

ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək. Bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib. O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək. “Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil”, – sözçü bəyan edib. Kirbi hərbçilərin mütəmadi əvəzlənməsinin öncədən planlaşdırıldığına da aydınlıq gətirib.…

“Rusiya genişmiqyaslı müharibənin üçüncü mərhələsinə daxil olub”

“Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır”. Bu barədə Ümumukrayna telemarafonunun efirində ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib. O qeyd edib ki, birinci mərhələ Ukraynanı “bir neçə günə ələ keçirmək cəhdi”, ikincisi – Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınmasıdır. Andrusiv həmçinin bildirib ki, işğalçılar sərhədlərin müdafiəsinə…

Çin gəmiləri mübahisəli sulara daxil oldu

Çin Dəniz Polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində ÇXR-in iddia etdiyi mübahisəli Yapon Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub. Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin Çin gəmilərinə zonanı tərk etməyi tələb edən xəbərdarlıq göndərdiyi bildirilir. Senkaku adaları Pekin və Tokio arasında mübahisə obyektdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarətində olan adalar 1972-ci ildə Yaponiyaya təhvil…

“Nə qədər ki Avropa neft və qaz alır, sanksiyalar Rusiyanı dayandırmayacaq”

Avropa ölkələri neft və qaz aldıqları müddətdə Rusiyaya tətbiq edilən sanksiyalar Ukraynaya qarşı müharibəni dayandırmayacaq. Bu gün müharibə Ukrayna iqtisadiyyatına Rusiyaya tətbiq edilən sanksiyalardan daha çox ziyan vurur. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. “İqtisadiyyatımız müharibədən Rusiyanın sanksiyalarından çəkdiyindən daha çox zərər çəkib. Sanksiyalar çox vacib və təsirli olsa da, Avropa Rusiya neft…

“Qarabağ müharibəsi zamanı şahidi olduqlarımız qüvvələrimizi birləşdirməyin zəruri olduğunu göstərdi”

“Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında deyib. “Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanların təlaşı bizə…

Prezident İlham Əliyevin Şuşada müraciəti – VİDEO

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciət edib. Prezident İlham Əliyevin müraciəti: – Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da…

“Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”

“Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib. Dövlət başçısı deyib: “Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa…

Mehriban Əliyevanın Şuşa paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa səfərindən daha bir paylaşım edib. Platform4.news paylaşımı təqdim edir: “Şuşada yeni dost”.   Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa və Fizuliyə səfərə yollanıb. Mehriban Əliyeva Şuşa səfəri ilə bağlı “Instagram” profilində paylaşım edib. “Şuşaya gedərkən. Qarabağ necə də…

“Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır”

“Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib. Dövlət başçısı deyib: “Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev…