Ukraynalı desantçılar rus işğalçılarını necə məhv etdiklərini göstərdilər.
Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hava hücumu briqadasının əsgərləri pilotsuz uçan aparatın köməyi ilə işğalçıları darmadağın edib. YouTube-da Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qüvvələri komandanlığının döyüş işini əks etdirən video yayımlanıb.
Dronun köməyi ilə düşmənin canlı qüvvəsinə zərbə endirilib. Daha sonra paraşütçü artilleriyaçılar rus işğalçılarının mövqelərini və döyüş sursatlarını məhv ediblər.
Desant zabitlərindən biri deyir: “İşğalçılara hər bir ukraynalı göz yaşının, hər dağılmış evin, öldürülən dinc əhalinin əvəzini ödəyəcəyik”.







