Baydendən Rusiyanın Ukraynaya hücum planı ilə bağlı
ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi riskinin qaldığını bildirib. Ağ Ev rəhbəri belə bir ssenarinin mümkünlüyünü “çox yüksək” adlandırıb: “Bu, bir neçə gün ərzində baş verə bilər”. Bayden böhranın diplomatik həll yollarının qaldığını da bildirib.










