Ana dilini qoruyaq və inkişaf etdirək

Diaspor üzvləri ilə ana dilinin əhəmiyyəti, qorunma yolları və şəxsi təcrübələri mövzusunda davamlı layihələr keçirilməlidir. Hər bir xalqın milli kimliyini, tarixini və mədəni irsini qoruyan ən vacib sərvətlərdən biri ana dilidir. Əsrlər boyu inkişaf edən Azərbaycan dili zəngin ədəbi və mədəni irs yaratmış və millətin düşüncə tərzini və dünyagörüşünü ifadə etməyin əsas vasitəsinə çevrilmişdir. Azərbaycan…

Fastov faciəsi – Ukrayna-Azərbaycan dostluğu sınaqda – video

31 avqust 2025-ci ildə Kiyev vilayətinin Fastov şəhərində baş vermiş silahlı hücum nəticəsində 28 yaşlı azərbaycanlı gənc İsmayıl Fərman oğlu Rəhimov həyatını itirib, mərhumun atası isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hücum, keçmiş Ukrayna ordusu  hərbçisinin  sərxoş vəziyyətdə  bazarda yaranan mübahisə zamanı silaha əl atması ilə baş verib. Cinayətkar saxlanılıb, barəsində  qəsdən adam öldürmə  və  qanunsuz…

Qulu İbrahimov Almaniyada müəllimləri təhsilə verdikləri töhfəyə görə təltif etdi

Bu gün Almaniyada Ukraynadan gəlmiş  ictimai təşkilatın rəhbəri Qulu İbrahimov tərəfindən təşkil olunan mükafatlandırma mərasimi keçirildi. Bir neçə müəllim təhsil və Ukrayna tələbələrinə dəstəklərinə görə fərmanlarla təltif olundu. Qulu İbrahimov kimdir? Qulu İbrahimov tanınmış ictimai xadim, “Analitika və Informasiya Platforması” təşkilatın sədri, hüquqşünas – politoloq. Həmyerlimiz uzun illərdi Kiyev şəhərində yaşayır. Onun fəaliyyəti təhsil təşəbbüslərinin…

Mənəviyyatımızı yaşadan dəyərlər

Xaricdəki azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi möhkəmləndirilməlidir. Bu gün dünya azərbaycanlılarının əsl hüquq azadlıqalarını, milli kimliyini və müstəqil dövlətçilik tarixini bilməsi və ana vətənə bağlılığı mühüm əhəmiyyət kəsb edir. Milli kimliyi, eləcə də mənəvi dəyərlərimizi özündə əks etdirən dil, din, azərbaycançılıq ideologiyası, vətənpərvəlik, mədəniyyət, adət-ənənələr, musiqimiz, maddi-mənəviyyat nümunələri və…

DABF erməni təxribatları ilə əlaqədar İsveç və Almaniyaya çağırış edib

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası və İsveç Erməni Assosiasiyaları İttifaqı (UAAS) Qarabağ separatçılarının bəyanatını dəstəkləyərək Nikol Paşinyanın mayın 22-də verdiyi açıqlamanı pisləyiblər. Erməni diasporu açıq şəkildə bəyan edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstəriləcəyi hər hansı beynəlxalq və ya dövlətlərarası sənədi Ermənistan üçün qəbuledilməz hesab edir. Hər iki erməni diasporunun bu bəyanatı mərkəzi qərargahı Stohkolmda…

Praqada Heydər Əliyevin 100 illiyi konsertlə qeyd edilib

Praqa şəhərinin mərkəzində yerləşən “Lutserna” sarayında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Çex-Azərbaycan Birliyi”nin təşkilatçılığı ilə baş tutan konsertdə yerli ictimaiyyətin, Azərbaycan icmasının, ölkəmizə dost icma və təşkilatların nümayəndələri iştirak ediblər. Konsert iştirakçılarını salamlayan…

ABŞ-də ermənilərin əsir götürdükləri azərbaycanlının həyatından bəhs edən film təqdim olunub

ABŞ-nin Nyu-York şəhərində erməni hərbçilərin əsir götürdükləri Bəxtiyar adlı şəxsin həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim “Village East by Angelika” kinoteatrında baş tutub. Təqdimat mərasimində filmin yaradıcı heyəti, ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları, BMT-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar, yerli ictimaiyyətin nümayəndələri…

Polşada “Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib

“Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası” 24 fevral 2023 tarixində Krakow şəhərində “Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib. Platform4.news xəbər verir ki, bunu təşkilatın mətbuat xidmətindən bildiriblər. Konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitenin professoru Nərgiz Axundova, Adam Miskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi dəvət…

Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub

Avstraliya İttifaqında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və fəalları Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıb. Avstraliya İttifaqında yaşayan soydaşlarımız tərəfindən ümumilikdə 5300 AUD (6265 manat), o cümlədən Sidneydən 3535 AUD, Brizbondan 780 AUD, Pert, Melburn və Balarat şəhərlərindən isə ümumilikdə 1000 AUD məbləğində pul vəsaiti toplanaraq Türkiyənin həmin ölkədəki səfirliyinə və…

Kiyevdə soydaşlarımız Türkiyə səfirliyinə başsağlığı verib

Kiyev şəhərində yaşayan Azərbaycan icması  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib. Ukrayna azərbaycanlılarının bir qrup fəalı Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Ukraynadakı  səfirliyini ziyarət edib. Ziyarət zamanı Kiyev  şəhərində  yaşayan azərbaycanlıların adından səfirliyin binasının önünə  gül dəstələri qoyulub, həlak olanların xatirəsi ehtiramla yad edilib, yaralıların…