Norveç Azərbaycanı o siyahıdan çıxardı

Norveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb. Bu barədə qərar iyulun 19-u qüvvəyə minib. Qeyd edilir ki, ölkənin sözügedən siyahıdan çıxarılması bu Azərbaycandan Norveçə gələnlərin karantin tələblərinə riayət etməməsi demək deyil. Bildirilir ki, hazırdı Norveç Azərbaycanı koronavirus üzrə “bənövşəyi” siyahıya aid edir, bu da ölkədə gündəlik az sayda yeni yoluxma halının qeydə alınması deməkdir.

Livandan İsrailə raket atıldı

Livandan İsrail ərazisinə iki raket atılıb. Bu barədə israilin Müdafiə Ordusunun “Twitter” səhifəsində deyilir. Məlumata əsasən, raketlərdən biri “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər raket boş əraziyə düşüb: “Biz əvvəlki kimi İsraili hər cəbhədə müdafiə etməyə hazırıq”.

Petro Poroşenko: “Gələn il Qurban bayramını Krımda qeyd edəcəyik”

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Krımı bir il ərzində geri qaytaracaqlarına əmindir. P.Poroşenko bu barədə Qurban bayramı münasibətilə Krım tatarlarına və bütün Ukrayna müsəlmanlarına müraciəti zamanı bildirib. “Ən məşhur islam bayramı olan Qurban bayramı münasibətilə müsəlmanları ürəkdən təbrik edirəm. Bu bayram yaxşılıq etməyə, itaətkar və mərhəmətli olmağa ilham verir. Bu bayram günündə Krım tatar qardaş…

Əliyev-Putin görüşünün gündəmi

Prezident İlham Əliyev Moskvada Putinlə görüşə gedir. Paşinyanın iyulun 7-də Moskvaya səfəri zamanı ardınca Əliyev-Putin görüşünün keçiriləcəyini proqnozlaşdırmışdıq. Əslində bugünkü görüşün ümumi tablosuna da Ermənistanda seçkidən sonra başlanan görüş trafiki fonunda baxa bilərik: a) Putin “saatları yoxlayır”: tərəflərin Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara sadiqliyinə əmin olmaq istəyir, Nikolun qələbəsi və Qərbin gedişləri fonunda bu,…

Şuşada Qurban bayramı qeyd olundu

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara…

Münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik – İlham Əliyev

Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Bunu Prezident İlham Əliyev Rusiyada Vladimir Putinlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib: “İlk növbədə, dəvətə görə sağ olun. Mən də Sizi görməyimə çox şadam. Bizim qarşılıqlı fəaliyyətimizlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkandır. Təbriklərə görə sağ olun. Fürsətdən istifadə edib Rusiyanın bütün…

Azərbaycanda Qurban bayramıdır

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edir. Bu gün məscidlərdə birgə Bayram namazları qılınacaq. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. Azərbaycan xalqı bu il Qurban bayramını Zəfər abı-havasında qarşılayır. Eyni zamanda builki Qurban bayramı dünyada hələ də davam edən pandemiya…

Şəkinin Xan məscidi ərazisində yeni arxeoloji tapıntılar aşkarlanıb

Şəki rayonundakı 1-ci Cümə məscidi kimi tanınan Şəki Xan məscidinin ərazisində 6 nöqtədə arxeoloji qazıntı işləri davam etməkdədir. Tədqiqat işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Rezonans.az xəbər verir ki, Arxeoloji Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun söylədiyinə əsasən, hazırkı il iyunun 21-dən bu ərazidə…

Qəbələdə şəhidlərin ailələri Qurban bayramı münasibətilə ziyarət edilib

Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Bələdiyyə Assossasiyası tərəfindən Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların ailələri Qurban bayramı münasibətilə ziyarət olunmuş, onlara bayram sovqatı çatdırılıb.   Rezonans.az xəbər verir ki, ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin isə daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını bir daha onlara bildirmişlər. Şəhidlərin ailə üzvləri göstərilən…

Mişel: “Aİ Azərbaycan və Ermənistan arasında sülhə dəstək verməyə hazırdır”

Mən həqiqətən də vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistan hökuməti, Ermənistanın baş naziri ilə müfəssəl müzakirələr aparmışam. Biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik. Bu barədə Avropa…