Azərbaycanın daha bir güləşçisi İslamiadanın qalibi oldu
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb. “Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində yer alan yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib. Bu, Azərbaycanın güləşdə 8-ci, ümumilikdə 12-ci qızıl medalıdır.










