“Oyun qaydaları dəyişə bilər”

“Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər”. Bunu amerikalı siyasət nəzəriyyəçisi Frensis Fukuyama deyib. Siyasətçi Ukrayna ordusunun türk dronlarını arsenalına daxil etməsinin Rusiyanı ciddi şəkildə narahat etdiyini bildirib: “Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər, ona görə də Moskva bu məsələ ilə çox məşğul görünür”, – Fukuyama…

Günəşdə təhlükəli fəallıq

Günəşdə güclü partlayış genişmiqyaslı fasilələrə və “internet apokalipsisi” adlanan hadisəyə səbəb ola bilər. Bu barədə İsveçin “Dagens Nyheter” qəzeti məlumat yayıb. Elm adamlarının fikrincə, belə partlayışdan ilk olaraq böyük serverlər yox, internetin əsasını təşkil edən sualtı kabellər zərər çəkəcək. “Belə bir ehtimal yüz ildə bir olur. Son bir əsrdə belə bir fırtına olmayıb, amma bu…

NATO-nun toplantısı çağırıldı

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri başda Rusiya olmaqla, alyansın gündəliyində duran məsələləri müzakirə etmək üçün Latviyanın paytaxtı Riqada bir araya gələcək. NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə 30 noyabr-1 dekabr tarixlərində keçiriləcək toplantıya Ukrayna və Gürcüstanın xarici işlər nazirləri də qatılacaq. Riqada keçiriləcək görüşün əsas gündəm bəndlərindən birinin Rusiya olacağı gözlənilir. Xüsusən də…

Avstraliya hökumətinə ermənilərlə bağlı skandal çağırış

Avstraliyanın Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkə hökumətini 1915-1923-cü illərdə Osmanlı İmperiyasında ermənilərə, assurlara və yunanlara qarşı törədilmiş “soyqırım”ı tanımağa çağırmaq təklifinin lehinə səs verib. Bu təklifi parlamentə deputat Trent Zimmerman təqdim edib. Beləliklə, Nümayəndələr Palatası yekdilliklə Avstraliya hökumətini qondarma soyqırımı tanımağa çağırıb.

“Bu addımı atacağıq“

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən sonra Misir və İsraillə də münasibətlərin gələcəyi ilə bağlı açıqlama verib. O, bu barədə Türkmənistandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən danışıb. Ərdoğan bu ölkələrdə səfirliklərin açılması imkanlarını dəyərləndirib: “İndi biz qərarımızı qəbul etdikdən sonra, əlbəttə ki, müəyyən təqvim çərçivəsində səfirləri təyin etmək imkanımız olacaq. Qeyd etdiyiniz ölkələrdə…

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edildi

İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən bildirilib ki, iclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib. QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və…

Azay Quliyev ATƏT-in Nazirlər Şurasının iclasında

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev noyabrın 30-dan dekabrın 3-nə kimi İsveçin paytaxtı Stokholm şəhərində səfərdə olacaq. Səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında və digər tədbirlərdə iştirak edəcək. ATƏT PA-nın prezidenti Margareta Sedelfert, ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin Xarici işlər naziri Ann Linde…

Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzu…

Komitə sədri ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 Noyabr – Zəfər Günü münasibətilə ABŞ-ın Florida ştatında Azərbaycan icmasının nümayəndələri ilə keçirilən tədbirdə 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə də görüşüb. Komitə sədri bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıq “Novıy rubej” jurnalının təsisçisi Nobert…

“Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”

“Biz İslamabad-Tehran-İstanbul magistral yolunun istismara verilməsi və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılması səylərini alqışlayırıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb. “Ölkəmizlə regionumuz arasında birbaşa magistral əlaqə yaradacaq Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk”, – dövlət başçısı qeyd edib.