İsrail Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Prezident İsxak Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib. İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına…

“Ukrayna Avropa dəyərləri uğrunda mübarizə aparır və müharibədə qalib gəlməlidir”

Ukrayna Avropa İttifaqının qeyd-şərtsiz dəstəyinə malikdir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ölkə Avropa dəyərlərini qorumaq üçün Rusiyaya qarşı müharibədə qalib gəlməlidir. O, yanvarın 28-də Almaniyanın Düsseldorf şəhərində partiyası Xristian Demokratik İttifaqı üçün keçirilən tədbirdə çıxışı zamanı bəyan edib ki, “Biz heç bir “əgər” və “amma” olmadan Ukraynanın tərəfindəyik”. Onun sözlərinə görə,…

İranın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Prezident İlham Əliyev Azərbaycan…

“İsrailin terror aktına cavabı güclü, sürətli və dəqiq olacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə yeddi nəfərin ölümü ilə nəticələnən fələstinli yaraqlıların hücumuna cavabının “güclü, sürətli və dəqiq” olacağını söyləyib. O, bu barədə Təhlükəsizlik Şurasının toplantısında bildirib. Qeyd edək ki, sinaqoqda atışma fələstinli qrupların İsrailin İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsindəki əməliyyatına cavab olub.

İsveç Türkiyə ilə NATO-ya üzv olmaq barədə razılığa gələcəyinə ümid edir

Yanvarın 28-də İsveçin xarici işlər naziri Tobias Billstrem ölkəsinin NATO-ya daxil olması ilə bağlı iyulda Türkiyə ilə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, İsveçdə Quranın yandırılması ilə bağlı vəziyyət ölkənin alyansa daxil olması prosesini müvəqqəti dayandırıb. “Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik. Memorandum və götürülən öhdəliklər həlledici olmalıdır”, – Billstrem…

İranda silah zavodunda güclü partlayış baş verib

İranın mərkəzində yerləşən İsfahan vilayətində silah zavodunda güclü partlayış baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, bunu İranın İsfahan vilayəti valisinin müavini Məhəmməd Cannesari deyib. Onun sözlərinə görə, partlayış Müdafiə Nazirliyinə məxsus mərkəzlərdən birindəki zavodda baş verib. İsfahan vilayətində indiyədək 3 partlayış səsinin eşidildiyi bildirilir. Onlardan birinin də şəhərin mərkəzində dronun düşməsi nəticəsində baş verdiyi deyilir.

Gürcüstan Qara dənizin dibi ilə kabel çəkəcək

Gürcüstan Qara dənizin dibi ilə təxminən 1,2 min km uzunluğunda kabel çəkəcək ki, bu da respublikanı Rumıniya ilə birləşdirəcək və rəqəmsal məlumat mübadiləsini asanlaşdıracaq. Bu barədə şənbə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin rəhbərliyi ilə görüşündən sonra Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Görüşdə Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə…

Volodimir Zelenskinin doğum günüdür

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin doğum günüdür. Zelenski 1978-ci ilin 25 yanvarında Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. O, anası ilə dörd il Monqolustanın Erdenet şəhərində yaşayıb və orada birinci sinfi bitirib. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil alıb. Zelenski prezidentliyə qədər şoumen, aktyor, rejissor, ssenarist, prodüser…

“Biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoq aparılmasının tərəfdarıyıq”

“Biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoq aparılmasının tərəfdarıyıq. Artıq uzun illərdir Azərbaycan və Ermənistan arasındakı məsələlərin həllinə aparan yol birbaşa dialoqdan keçir və ümid edirik ki, bu dialoq vasitəsilə davamlı sülhə nail olunacaq”. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanla birbaşa…

Zelenskinin Ofisi Moskva və Sankt-Peterburqa zərbələr barədə xəbərdarlıq etdi

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərə zərbələr vurulacağını bildirib. “Rəsmi olaraq təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, – deyə Podolyak bildirib. “Niyə, kim tərəfindən və hansı səbəbdən – bunu müzakirə edə bilmərik, bizdə ictimai məlumat çatışmazlığı var”, – deyən Podolyak…