“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”
“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ölkəmizi işğaldan azad etdik. Biz torpaqlarımıza qayıtdıq”, – dövlət başçısı bildirib.










