İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub – FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əl Bluşi dövlətimizin başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı…










