Aİ Ukraynaya hərbi yardım fondunu artırır

“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərilməsi üçün ayrılacaq məbləği beş milyard avro artırmaq qərarına gəlib, lakin Macarıstan buna görə məsuliyyət daşımır və bu məqsədlər üçün vəsait ayırmayacaq”. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib. O qeyd edib ki, döyüş ruhu qüvvədə qalıb…

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edib. President.az xəbər verir ki, təbrikdə deyilir: “Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram. Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun…

“Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”

“Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”. Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib. H.Hacıyev bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə…

Azərbaycan icması Britaniya Parlamentinə məktub göndərib

Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək. Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament…

Millət vəkili “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub

Ölkənin ictmai və siyasi həyatında yüksək fəaliyyətinə görə, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub Millət vəkili göstərilən diqqətə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: “Bu gün…

“Özbəkistan xalqı Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərir”

Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb. Dövlətimizin başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir”. Özbəkistan xalqının Şavkat Mirziyoyevə…

“Ermənistan son zamanlar çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır”

Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə…

“Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır”

“Bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüz illik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib”. Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniş tərkibdə görüşdə söyləyib. Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşıldığını deyən Prezident Mirziyoyev bildirib: “Hesab edirəm ki, görülən bütün…

Ukrayna “F-16” almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir

ABŞ Konqreslə məsləhətləşmələrdən və ukraynalı pilotlar üçün təlimlər başa çatdıqdan sonra Ukraynaya döyüş təyyarələrinin göndərilməsinə razılıq verəcək. Bununla belə, Kiyev də bir sıra şərtləri yerinə yetirməli olacaq. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib. Məlumata görə, pilotlar, xüsusilə, ingilis dilini bilməli, Ukrayna hakimiyyəti isə yerdə lazımi logistikanı təmin etməlidir. “Bu meyarlar yerinə…

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib. Prezident Şavkat Mirziyoyev…