Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

Kəlbəcərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə şəhərin baş planı təqdim edilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik…

Ukraynada müharibə nəticəsində azı 4662 mülki şəxs ölüb, 5803 nəfər yaralanıb

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyunun 22-si saat 00:00-a qədər mülki əhali arasında zərərçəkənlərin sayı 10 465 (bir gün əvvəl – 10 403) nəfər təşkil edib ki, onlardan da 4 662 (4 634) nəfəri həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb. “Mülki əhali arasında ölüm və ya yaralanma…

Rusiya hərbçilərinin atdıqları raket üstlərinə qayıtdı – VİDEO

Rusiya hava hücumundan müdafiə sistemi səmada görünən təhlükənin qarşısını ala bilməyib. Belə ki, raket buraxılış yerindən bir neçə metr aralıya düşüb. Hadisə Rusiya hərbçilərinin nəzarəti altında olan Alçevskdə baş verib. Yayımlanan videolarda Rusiya qoşunlarının düşmənin “gəlişinin” qarşısını almaq üçün havaya raket atdığı görünür, lakin bir dəqiqə sonra raket elə atıldığı yerə düşür. Raket işğalçıların mövqelərinə…

İsrailin Akko şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Akko şəhərində fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi”ndə Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə İsraildə məlumatlandırma kampaniyası apardıqlarına və müxtəlif aksiyalar təşkil etdiklərinə görə icma…

“Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiyanın fəal səylərinə ümid bəsləyirik”

“Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib. “Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş…

Müslüm Maqomayevin yaradıcılığının populyarlaşdırılması və gənc istedadların yetişməsi…

Urfan Cəfərov dünyanın ən məşhur salonlarından birində solo çıxış edən ilk azərbaycanlı gənc ifaçı olacaq. Bu barədə 1news.az -a Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (Ukrayna) məlumat verilib. Qeyd edək ki, Azərbaycan opera müğənnisi(bariton) Urfan Cəfərov  Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. U.Cəfərov Bakı Dövlət Konservatoriyasının Azərbaycanın xalq artisti,…

Tərtərdə zorla nömrəsiz maşınla qaçırılan 21 yaşlı qızın ailəsi narahatdır

Tərtərdə 21 yaşlı Muradlı İradə Ədalət qızi nömrəsiz maşınla idarə edilən naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Bu barədə Rezonans.az-a qaçırılan İradə Muradlının ailəsi məlumat verib. İradə Muradlının anası Ərkinaz Bayramova qeyd edərək bildirib ki, ilk dəfə 31 May 2022-ci ildə qızımın razılığı olmadan ailəmizə şəxsiyyəti bəlli olmayan, Əhmədov Müşviq Əyyub oğlu  tərəfindən zorla Ağdaşda…

“Almaniya Ukrayna üçün “Marşal planı” hazırlayır”

Almaniya Ukrayna üçün “Marşal planı” layihəsini hazırlayır, plan G7 üzvləri ilə müzakirə olunacaq. Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib. O.Şolts bildirib ki, Ukraynanın yenidən qurulması üçün uzun illər lazım olacaq və bunun üçün milyardlarla dollar vəsaitə ehtiyac var. “Plan yalnız Avropa ölkələri birlikdə işləsə, nəticə verə bilər”, – deyə Almaniya kansleri vurğulayıb. Qeyd edək  ki,…

Çex Respublikası ölkəni Rusiya və Belarus vətəndaşları üçün bağladı

Çex Respublikası Rusiya Federasiyası və Belarus vətəndaşlarına vizanın verilməsini 2023-cü ilin mart ayına qədər dayandırıb. Bu qərarı ölkənin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə respublika hökuməti qəbul edib. Həmin vaxta qədər rusiyalılara və belaruslara ölkədə uzun müddət qalmaq üçün icazə verilməyəcək. Nazirlikdən bildirilib ki, beləliklə, Çex Respublikası Ukraynada xüsusi əməliyyatı dayandırmaq, eləcə də milli təhlükəsizliyi təmin…

Bolqarıstanın baş naziri Rusiya səfirini hökuməti devirməkdə ittiham edib

Bolqarıstanın baş naziri Kiril Petkova və hökumətinə qarşı etimadsızlıq votumu verildikdən sonra o, insidentdə Bolqarıstanın üç siyasətçisini və Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanı günahlandırıb. Petkovun fikrincə, hökuməti devirməkdə məhz sadalanan şəxslər günahkardırlar. Mitrofanovadan başqa, Petkov biznesmen və keçmiş deputat Delyan Peyevski, GERB partiyasının rəhbəri Boyko Borisov və “Belə bir xalq var” partiyasının rəhbəri Slavi Trifonovun da…