Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Platform4.news Prezident İlham Əliyevin müraciətini təqdim edir: -Əziz həmvətənlər. Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər…

Britaniyadan Ermənistana XƏBƏRDARLIQ: “Bütün ərazilərin mina xəritələri təhvil verilməlidir”

“Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir”. Bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib. “İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir.…

Kiyev şəhərində anım mərasimi keçirilib – Foto

 Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Platform4.news xəbər verir ki, Azərbaycanın  Ukraynadakı səfirliyində, səfirliyin  təşkilatçılığı ilə 27 sentyabr…

Qəbələdə 27 sentyabr Anım günü qeyd edilib – FOTOLAR

27 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Şəhidlər Xiyabanında Anım günü tədbiri keçirilib. Rezonans.az xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səslənmiş və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə…

Gələn il “Texnofest”i Azərbaycanda keçirəcəyik”

“Gələn ildən “Texnofest”i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalında bildirib. Ərdoğan deyib ki, gələn ildən “Texnofest” beynəlxalq festival səviyyəsində təşkil olunacaq: “Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. “Texnofest”i elə bir marka halına gətirməliyik ki,…

İsraillə əlaqələri normallaşdırmaqdan imtina edirik

İraq hökuməti olaraq Ərbildə bəzi tayfa nümayəndələrinin İsraillə normallaşma şüarı üçün etdiyi qeyri-qanuni toplantıları qəti şəkildə rədd edirik. Bu barədə İraq hökuməti məlumat yayıb. Sözügedən toplantıların 10 oktyabrda keçiriləcək erkən seçkilərdən əvvəl məzhəblərarası gərginliyi qızışdırmaq məqsədi daşıdığı bildirilib: “Üstəlik normallaşma fikrini irəli sürmək hüquqi, konstitusion və siyasi baxımdan qəbuledilməzdir”.

Çinin bu şirkətlərinin gəliri 14 trilyona çatdı

Çin Müəssisələri Konfederasiyası 500-dən çox böyük şirkətin siyahısını dərc edib. Siyahıda yer alan şirkətlərin gəlirləri 13,9 trilyon dollar təşkil edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur. Siyahıya Çinin Dövlət Elektrik Şəbəkəsi Şirkəti rəhbərlik edib. Korporasiyanın gəliri 412,94 milyard dollar olub. Ondan sonrakı yerlərdə Çin Milli Neft-Qaz Şirkəti (303,3 milyard dollar) və…

Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini Seyid Səccədpur ilə ikitərəfli və regional məsələləri müzakirə edib. Hikmət Hacıyev görüşlə bağlı “Twitter” səhifəsində paylaşım edib. H.Hacıyev bildirib: “İran İslam Respublikasının xarici işlər nazirinin müavini Seyid Səccədpur ilə ikitərəfli və regional məsələlər üzrə müzakirələrimizi davam etdirmək…