Strasburqda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Fransanın Strasburq şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər. Tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Azərbaycanın Avropa Şurası yanında…










