Şuşada yeni məktəbin tikintisinə başlanılıb
“Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir”. Bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir: “Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması…










