Qazaxıstanda general özünü güllələyərək intihar edib
Qazaxıstanın Cambıl vilayəti Polis İdarəsinin rəisi, bölgənin komendantı general-mayor Janat Süleymanov intihar edib. “Komsomolskaya Pravda” xəbər verir ki, onun meyiti yaşadığı evdə aşkarlanıb. Qazaxıstanın hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı J.Süleymanov barəsində cinayət işi açıb. Məlumata görə, Cambıl vilayətinin Taraz şəhərində etirazçılar polis idarəsi binasını yandıraraq, orada saxlanılan tabel silahları ələ keçiriblər. Bu hadisəyə görə J.Süleymanovu…










