Azərbaycan icması Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşüb

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyəti üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və sədr müavini Cəlal Adan ilə görüşü keçirilib. Görüş zamanı qonaqları məmnunluqla salamlayan Mustafa Şentop bildirib ki, Türkiyə və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Dövlətlərimiz və xalqlarımız arasında tarixən mövcud olan və bu gün də ən yüksək…

Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qanunla qadağan edildi

Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynada rusiyayönlü partiyaların fəaliyyətinin qadağan edilməsi haqqında” qanun imzalayıb. Bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb. “Söhbət Ukraynanın “suverenliyinə və ya ərazi bütövlüyünə xələl gətirməyə” yönəlmiş partiyaların fəaliyyətindən gedir”, – məlumatda qeyd olunur. Qanunda həmçinin göstərilir ki, fəaliyyətinə qadağa qoyulacaq partiyaların Ali Məhkəmənin qərarından şikayət verilmək hüququ da tanınmayacaq.…

Rusiya ilk dəfə Ukraynada fosfor bombasından istifadə edib

Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb. Bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib. “Mariupol, “Azovstal”. Yenə – göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”, – deyə Andryuşenko bildirib. Mənbə: uniain

“İsveç və Finlandiya artıq faktiki olaraq NATO üzvüdür”

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, İsveç və Finlandiya Almaniyanın Avropa İttifaqındakı müttəfiqləri kimi, formal olaraq üzv olmasalar da, əslində NATO-nun bir hissəsidir. O, qeyd edib ki, əgər bu ölkələr təşkilata üzvlük üçün müraciət edərsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək. “Onların qoşulması bizim ittifaqımızı gücləndirəcək. Onlar formal üzvlük olmadan belə artıq faktiki…