ABŞ mətbuatında Azərbaycanın Türkiyə-İsrail münasibətlərindəki rolundan bəhs edilib

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində Azərbaycanın rolundan bəhs edən “Azərbaycan Türkiyə-İsrail barışığına necə kömək etdi?” sərlövhəli məqalə dərc olunub. Siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın İsrailin Müstəqillik Günü ərəfəsində bu ölkənin prezidenti İsaak Herzoqa təbrik məktubu göndərməsinə…

İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əl Bluşi dövlətimizin başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı…

İlham Əliyev nazirliyə beş milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait…

İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olunub – FOTO/VİDEO

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib. “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham…

Sahibə Qafarova Qazaxıstanın vitse

Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Sahibə Qafarova parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini…

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edib

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu fəaliyyətini bərpa edib. Bu barədə Fəxri konsulluğun rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edilib ki, artıq bir neçə gündür ki, Ukraynanın Xarkov şəhərində sakitlikdir, ictimai nəqliyyat marşrutlara çıxır, şəhərə həyat qayıdır. Nəzərə çatdırılıb ki, Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpası tələb olunur. Bununla əlaqədar…