Kanada mətbuatında Zəfər qurultayından bəhs edilib

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Dünya azərbaycanlıları Şuşada böyük qələbəni qeyd edirlər” sərlövhəli məqalə dərc olunub. Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu və dünya azərbaycanlılarının Şuşa qurultayından bəhs edən məqalədə işğalçı Ermənistan üzərində tarixi qələbədən sonra ilk dəfə olaraq dünyanın hər yerindən azərbaycanlıların sözügedən qələbəni qeyd etmək məqsədilə bir araya gəldiyi və həmin səbəbdən…

G7 ölkələri Ukraynaya 30 milyard avro yardım edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir. Məlumata görə, müvafiq qərarın G7-nin maliyyə nazirlərinin gələn həftə Almaniyada keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir. Lakin sözügedən qərarın qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, hazırda G7 ölkələri arasında bu məsələdə vahid mövqe yoxdur. Əgər müvafiq qərar qəbul edilərsə, vəsaitlər kredit və…

ABŞ Avropaya on mindən çox hərbçi göndərir

ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək. Bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib. O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək. “Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil”, – sözçü bəyan edib. Kirbi hərbçilərin mütəmadi əvəzlənməsinin öncədən planlaşdırıldığına da aydınlıq gətirib.…

“Rusiya genişmiqyaslı müharibənin üçüncü mərhələsinə daxil olub”

“Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır”. Bu barədə Ümumukrayna telemarafonunun efirində ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib. O qeyd edib ki, birinci mərhələ Ukraynanı “bir neçə günə ələ keçirmək cəhdi”, ikincisi – Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınmasıdır. Andrusiv həmçinin bildirib ki, işğalçılar sərhədlərin müdafiəsinə…

Çin gəmiləri mübahisəli sulara daxil oldu

Çin Dəniz Polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində ÇXR-in iddia etdiyi mübahisəli Yapon Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub. Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin Çin gəmilərinə zonanı tərk etməyi tələb edən xəbərdarlıq göndərdiyi bildirilir. Senkaku adaları Pekin və Tokio arasında mübahisə obyektdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarətində olan adalar 1972-ci ildə Yaponiyaya təhvil…

“Nə qədər ki Avropa neft və qaz alır, sanksiyalar Rusiyanı dayandırmayacaq”

Avropa ölkələri neft və qaz aldıqları müddətdə Rusiyaya tətbiq edilən sanksiyalar Ukraynaya qarşı müharibəni dayandırmayacaq. Bu gün müharibə Ukrayna iqtisadiyyatına Rusiyaya tətbiq edilən sanksiyalardan daha çox ziyan vurur. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. “İqtisadiyyatımız müharibədən Rusiyanın sanksiyalarından çəkdiyindən daha çox zərər çəkib. Sanksiyalar çox vacib və təsirli olsa da, Avropa Rusiya neft…

“Qarabağ müharibəsi zamanı şahidi olduqlarımız qüvvələrimizi birləşdirməyin zəruri olduğunu göstərdi”

“Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında deyib. “Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanların təlaşı bizə…