Rusiyalı oliqarxların dondurulan aktivlərinin məbləği məlum oldu

Rusiya oliqarxları və qurumları Avropa İttifaqının sanksiyaları nəticəsində 12,5 milyard avro dəyərində dəbdəbəli yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərini itiriblər. Bu barədə Avropa Komissiyasının ədliyyə sözçüsü Kristian Viqand “Die Welt” nəşrinə müsahibəsində bildirib. Qeyd edilir ki, Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avrodan 12,5 milyard avroya qədər artıb. Viqand dondurulmuş aktivlərin belə…

Azərbaycan tarixində bir ilk

“Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir”. Bunu 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O, 2022-ci ilin ilk 5 ayında neft və qaz ixracında əldə edilən gəlirləri də açıqlayıb. “Cari ilin ilk 5 ayında…

“İşğaldan azad olunmuş bəzi ərazilərimizdə işbazlar üçün nəzarət olunmayan şərait”

30 illik həsrətlə yolunu gözləyib bircə gün olsada  gedib-görmək arzusunda yaşadığımız, erməni vandalizminin qurbanı olan tarixi torpaqlarımız 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Rəşadətli Azərbaycan Ordusunun canı-qanı bahasına erməni vandallarının əsarətindən çıxaraq əbədi olaraq öz azadlığına qovuşdu. Vətən Müharibəsi dönəmində xalqımızın ölkə rəhbərliyinə olan etimadı və əsgərlərimizə olan mənəvi dəstəyi sayəsində bütün dünya…

“Microsoft” Rusiya ərazisindən “Windows”u yükləməyi qadağan etdi

ABŞ-ın “Microsoft” korporasiyası Rusiya Federasiyasından olan istifadəçilərə öz rəsmi saytından “Windows” 10 və 11 əməliyyat sistemlərini yükləməyi qadağan edib. Belə ki, Rusiya ərazisindən adıçəkilən əməliyyat sistemlərini yükləməyə cəhd etdikdə Amerika şirkətinin saytında “Sorğunuzla bağlı problem yarandı” mesajı ekrana çıxır. Həmçinin, Rusiyadan olan istifadəçilər  əməliyyat sisteminin quraşdırılma köməkçisi olan “Media Creation Tool” yardım proqramını da yükləyə…

Ukraynada Rusiya kitabları və musiqisi qadağan edildi

Ukrayna Ali Radası Rusiya və Belarusdan kitabların ölkəyə idxalı və yayılmasının qadağan edilməsinə səs verib. Bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak özünün “Telegram” kanalında yazıb. “Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna və Belarus ərazilərindən kitab və digər nəşriyyat məhsullarının idxalını və yayılmasını qadağan edib”, – yazaraq deputat qeyd edib. Jeleznyak həmçinin bildirib ki,…

Azərbaycan qazının Yunanıstandan Bolqarıstana ilk sınaq tədarükü həyata keçirilib – VİDEO

Azərbaycan qazının yeni İGB qaz kəməri vasitəsilə Yunanıstandan Bolqarıstana ilk sınaq tədarükü həyata keçirilib. Məlumata görə, İGB boru kəməri ötən ilin birinci yarısında hazır olmalı idi. Lakin koronavirus pandemiyası və materialların təchizatı ilə bağlı problemlər səbəbindən bunu etmək mümkün olmayıb. Bildirilib ki, borunun ildə 3 milyard kubmetr qaz ötürmə gücü var. Eyni zamanda, onun imkanlarını…

Azərbaycan sərbəst güləşdə Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatına yekun vurulub. Sərbəst güləş üzrə milli komandamız qitə birinciliyində tarixi uğura imza atıb. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionatında aşkar dominantlıq edən yığmamız 210 xal…

Mariupolda kütləvi məzarlıqlardakı qəbirlər açılır

Rusiyanın işğalı altında olan Ukraynanın Mariupol şəhərində kütləvi məzarlıqlarda aparılan şəxsiyyətin müəyyənləşdirilməsi üzrə işlər davam edir. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə şəhərdəki antisanitar vəziyyət də diqqəti cəlb edir. Qeyd edək ki, hazırda Mariupolda müharibənin qurbanı olmuş və kütləvi məzarlarda dəfn edilmiş şəxslərin qəbirləri açılaraq onların tanınması, cəsədlərin tibbi yoxlanışı və yenidən ayrılıqda basdırılması həyata…

Qazaxıstan nüvə silahının ləğvi üçün plan hazırlamağı təklif etdi

Qazaxıstan 2045-ci ilə qədər dünyada nüvə silahının ləğvi planının hazırlanmasına çağırıb. Bu təşəbbüslə ölkənin Xarici İşlər Nazirliyi çıxış edib. Qurum öz təklifini Ukraynadakı münaqişə və bu tip silahların qarşılıqlı təhdidləri ilə əsaslandırıb. “Hazırda dünya böhran içindədir və nüvə silahından istifadə riski yüksəkdir. Ukraynada baş verənlər, eləcə də qarşılıqlı təhdidlər nüvə başlıqlarının qadağan edilməsinə və məhvinə…

“Ukraynada müharibə illərlə davam edə bilər”

Ukraynada müharibə illərlə davam edə bilər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O, bəyan edib ki, əslində hərbi əməliyyatların nə qədər davam edəcəyini heç kim dəqiq bilmir. Stoltenberq vurğulayıb ki, Ukraynaya veriləcək daha müasir silahlar əsasən Rusiyanın işğalı altında olan Donbasın geri alınması imkanlarını artıracaq. NATO-nun baş katibi İsveç və Finlandiyanın alyansa qoşulması məsələsinə…