Dünyada qaçqınların sayı tarixdə ilk dəfə olaraq 100 milyon nəfəri keçib. Buna, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəb olub.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində biz bu yaxınlarda dəhşətli mərhələyə çatdıq: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, indi 100 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb ki, bu tarixdə heç vaxt olmadığı qədər çoxdur”, – bunu ABŞ prezidenti Co Bayden Dünya Qaçqınlar Günü münasibətilə tədbirdə deyib.
ABŞ Qaçqınların Qəbulu Proqramını bərpa etməyə çalışır.
“Biz ötən il ərzində 80 mindən çox əfqanı ölkəmizdə qəbul etməklə və on minlərlə ukraynalıya müvəqqəti sığınacaq vermək öhdəliyi götürməyi nümayiş etdirmişik. Biz belə nümunə göstərəcəyik. Ölkəmizə sığınanlar cəmiyyətimizi dahada zənginləşdirirlər” deyə Bayden əlavə edib.







