Rusiyalı oliqarxların dondurulan aktivlərinin məbləği məlum oldu

Rusiya oliqarxları və qurumları Avropa İttifaqının sanksiyaları nəticəsində 12,5 milyard avro dəyərində dəbdəbəli yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərini itiriblər. Bu barədə Avropa Komissiyasının ədliyyə sözçüsü Kristian Viqand “Die Welt” nəşrinə müsahibəsində bildirib. Qeyd edilir ki, Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avrodan 12,5 milyard avroya qədər artıb. Viqand dondurulmuş aktivlərin belə…

“Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur”

Rusiya prezidenti Vladimir Putin Qərbdən gələn demokratiya qığılcımının ölkəsinə yayıla biləcəyindən ehtiyat edir. Bunu Almaniya kansleri Olaf Şolts öz “Twitter” səhifəsində yazıb. “Görünür, Putin Rusiyaya demokratiya qığılcımının düşə biləcəyindən qorxur. Ona görə də uzun illərdir ki, NATO və Aİ-ni dağıtmağa yönəlmiş siyasət yürüdür. O, öz siyasətini təsir zonasına qaytarmaq istəyir. Amma bunu edə bilməyəcək”, –…

İlham Əliyev dövlət agentliyinə 2,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan…

“Ağalı kəndinin sakinləri tezliklə evlərinə qayıdacaqlar”

“Tezliklə Qarabağdakı işğal edilmiş ərazilərimizi tərk etmək məcburiyyətində qalmış ailələr 30 il sonra öz evlərinə qayıda biləcəklər”. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter“ hesabındakı paylaşımında yazıb. “Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar. Bu, işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında birinci addımdır”, – Leyla…

Ukrayna əsgərləri yüzdən çox rus terrorçusunu məhv edib

Ukrayna ordusu iyunun 20-də 106 rus işğalçısını məhv edib. “Sxid” əməliyyat-taktiki qrupu xəbər verir ki, düşmən iki döyüş sursat  və doqquz hərbi texnikasını itirib. Ukrayna Silahlı Qüvvələri həmçinin düşmənin iki artilleriya sistemini, beş minaatanını, yeddi artilleriya traktorunu, iki pilotsuz uçuş aparatını və bir tankını məhv edib. Ukrayna əsgərləri Luqansk vilayətinin Mirnaya Dolina və Donetsk vilayətinin…

Rusiya yaxın günlərdə Kiyevi raketlərlə…

Rusiya Ukrayna ərazisinə kütləvi raket hucumuna hazırlaşır. Rusiya qanadlı raketlərinin altı daşıyıcısının hamısı Qara dənizdə düzülüb. “Bu gün, sabah, o biri gün və o biri gün mən vətəndaşlarımıza, xüsusən də Kiyevdə, xüsusən Peçerskdə yaşayanlara hava hücumu siqnallarına məhəl qoymamağı çox tövsiyə edirəm”, – deyə Baş Qərargah rəisinin müşaviri Oleksiy Arestoviç bildirib.   O, xəbərdarlıq edib…

Ukraynada müharibə dünyada qaçqınların sayını artırıb

Dünyada qaçqınların sayı tarixdə ilk dəfə olaraq 100 milyon nəfəri keçib. Buna, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəb olub. “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində biz bu yaxınlarda dəhşətli mərhələyə çatdıq: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, indi 100 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb ki, bu tarixdə heç vaxt olmadığı qədər çoxdur”, – …