Ukrayna ordusu iyunun 20-də 106 rus işğalçısını məhv edib.
“Sxid” əməliyyat-taktiki qrupu xəbər verir ki, düşmən iki döyüş sursat və doqquz hərbi texnikasını itirib.
Ukrayna Silahlı Qüvvələri həmçinin düşmənin iki artilleriya sistemini, beş minaatanını, yeddi artilleriya traktorunu, iki pilotsuz uçuş aparatını və bir tankını məhv edib.
Ukrayna əsgərləri Luqansk vilayətinin Mirnaya Dolina və Donetsk vilayətinin Belaya Qora kəndi yaxınlığında rus işğalçılarının hücum cəhdlərini boşa çıxarıb.
Ukrayna Silahlı Qüvvələri Toşkovka ərazisində düşmənin hücumunu dəf edə bilib.







