“Almaniya Ukrayna üçün “Marşal planı” hazırlayır”

Almaniya Ukrayna üçün “Marşal planı” layihəsini hazırlayır, plan G7 üzvləri ilə müzakirə olunacaq. Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib. O.Şolts bildirib ki, Ukraynanın yenidən qurulması üçün uzun illər lazım olacaq və bunun üçün milyardlarla dollar vəsaitə ehtiyac var. “Plan yalnız Avropa ölkələri birlikdə işləsə, nəticə verə bilər”, – deyə Almaniya kansleri vurğulayıb. Qeyd edək  ki,…

Çex Respublikası ölkəni Rusiya və Belarus vətəndaşları üçün bağladı

Çex Respublikası Rusiya Federasiyası və Belarus vətəndaşlarına vizanın verilməsini 2023-cü ilin mart ayına qədər dayandırıb. Bu qərarı ölkənin Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə respublika hökuməti qəbul edib. Həmin vaxta qədər rusiyalılara və belaruslara ölkədə uzun müddət qalmaq üçün icazə verilməyəcək. Nazirlikdən bildirilib ki, beləliklə, Çex Respublikası Ukraynada xüsusi əməliyyatı dayandırmaq, eləcə də milli təhlükəsizliyi təmin…

Bolqarıstanın baş naziri Rusiya səfirini hökuməti devirməkdə ittiham edib

Bolqarıstanın baş naziri Kiril Petkova və hökumətinə qarşı etimadsızlıq votumu verildikdən sonra o, insidentdə Bolqarıstanın üç siyasətçisini və Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovanı günahlandırıb. Petkovun fikrincə, hökuməti devirməkdə məhz sadalanan şəxslər günahkardırlar. Mitrofanovadan başqa, Petkov biznesmen və keçmiş deputat Delyan Peyevski, GERB partiyasının rəhbəri Boyko Borisov və “Belə bir xalq var” partiyasının rəhbəri Slavi Trifonovun da…

“Rusiya ilə NATO arasındakı gərginlikdə yeni bir cəbhə açıldı” – VİDEO

“Rusiya ilə NATO arasındakı gərginlikdə yeni bir cəbhə açıldı – Kalininqrad”. Bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilir. Bildirilir ki, Moskva Kalininqrada giriş embarqosu tətbiq edən Litvaya qarşı hücum hazırlıqlarına başlayır. ABŞ isə hücum olacağı təqdirdə Litvanı müdafiə edəcəyini açıqlayıb. Ətraflı videoda:

Bakı və Daşkəndin yeni yol xəritəsi – VİDEO

Prezident İlham Əliyevin Özbəkistana səfər etməsi mühüm əhəmiyyətə malikdir. Baku TV səfərlə bağlı sujet hazırlayıb. Bu ötən illər ərzində iki qardaş dövlətin biri-birini müdafiə etməsinə, dəstək göstərməsinə verilən dəyərdir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması da iki ölkənin strateji müttəfiqliyinin göstəricisidir. Daha ətraflı sujetdə:

İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif…