Ukraynada müharibə nəticəsində azı 4662 mülki şəxs ölüb, 5803 nəfər yaralanıb
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyunun 22-si saat 00:00-a qədər mülki əhali arasında zərərçəkənlərin sayı 10 465 (bir gün əvvəl – 10 403) nəfər təşkil edib ki, onlardan da 4 662 (4 634) nəfəri həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb. “Mülki əhali arasında ölüm və ya yaralanma…






