G7 ölkələri Ukraynaya lazımi qədər kömək edəcək

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya qeyri-müəyyən müddət ərzində dəstək verəcəklər. Bu barədə bazar günü G7 ölkələri toplantısının bəyanat layihəsinə istinadən “Bloomberg” məlumat yayıb. Məlumata görə, sənəddə G7 ölkələrinin Ukraynanı lazım olanadək dəstəkləyəcəklərinə dair öhdəlik götürdükləri qeyd olunacaq.

Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

Kəlbəcərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə şəhərin baş planı təqdim edilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik…