Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub. Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər. AZƏRTAC-ın bölgə…

“Ukraynadan taxıl daşıyan gəmilərdə qeyri-qanuni yüklər aşkar edilməyib”

BMT gəmi sahiblərinin Ukrayna taxılının ixracında iştiraka böyük marağı olduğunu qeyd edir. Bunu çərşənbə günü brifinqdə BMT-nin İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki müvəqqəti nümayəndəsi Frederik Cey Kenni deyib. BMT sözçüsü bildirib ki, İstanbuldakı mərkəz qida ixracı ilə məşğul olan gəmiləri yoxlamaq üçün lazım olan vaxtın azaldılmasını nəzərdən keçirəcək. Onun sözlərinə görə, indi yoxlamalar iki saatdan dörd…

Kanada səmasında sirli işıqlı zolaq peyda olub

Kanadada STEVE adlı nadir atmosfer hadisəsi qeydə alınıb. Kadrlar Alberta əyalətində yaşayan Alan Dayer adlı fotoqraf tərəfindən çəkilib. Hadisə şahidlərinin sözlərinə görə, yaşıl və bənövşəyi zolaqlar 40 dəqiqə ərzində səmada parıldayıb. STEVE fenomeni 2017-ci ildə kanadalı həvəskar astronomlar tərəfindən kəşf edilib. Əvvəlcə bu halı qütb parıltısı ilə səhv salıblar. Lakin sonda “Swarm” peykinin köməyi ilə…

“Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik”

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb. “Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü…