“Ukraynada azı 10 rusiyalı general məhv edilib”

Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rusiyalı generalı məhv edib. Bu barədə Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. Britaniya kəşfiyyatının məlumatına görə, məhz bu səbəbdən Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri öz postlarını itiriblər. Qeyd olunub ki, belə vəziyyət, çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha da dərinləşdirəcək.

Volodimir Zelenski “Amnesty International”ı tənqid etdi

Ukrayna prezidenti Volodimir Zelenski “Amnesty International” təşkilatının fəaliyyətini tənqid edib. Ukrayna Prezidenti bəyan edib ki, təşkilat rusiyalı hərbçilərin Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) hərəkətlərinə lazımi reaksiyanı vermir. “Rusiyalı hərbçilər dünyada ilk dəfə olaraq AES-dən terror məqsədilə istifadə ediblər. Zaporojye Atom Elektrik Stansiyası Avropada ən böyük AES-dir. Biz dünyanın diqqətini bu fakta yönəldəcəyik. Bu qlobal təhlükə…

Roma Papası Ukraynadan taxılın daşınmasını sülhə işarə kimi dəyərləndirdi

Roma Papası Fransisk Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını alqışlayıb. Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü müraciətində o, bu hadisəni sülhə ümid kimi gördüyünü söyləyib. “Mən Ukrayna limanlarından taxılın ilk partiyasının daşınmasını məmnunluqla qarşılayıram. Bu addım dialoqun mümkün olduğunu və arzu olunan nəticələrin mümkünlüyünü nümayiş etdirir. Bu, sülhə işarədir və ümid edirəm ki, həmin yolla…

Tanınmış broker DTX tərəfindən saxlanılaraq həbs olundu

Tanınmış broker Əbülfəz Məlikov həbs edilib. APA-nın əldə etdiyi məlumata görə, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, külli miqdarda dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur. Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və…

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək. Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq. Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib. Qeyd edək ki,…

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan…