Birgə bəyanatın mətni yayıldı – FOTO

Azərbaycan, Rusiya və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul olunub. Birgə bəyanatın tam mətninin əks olunduğu fotolar yayılıb. Bəyanatda 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi qeyd olunub. Bəyanatda Qarabağla bağlı bir sözün belə işlədilməməsi, bunun da Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığının…

“Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub”

“Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ciddi addım tələb edən formatdır.

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb

Ukraynanın hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirdiyi Rusiya raketi Moldova ərazisinə düşüb. Bu barədə məlumatı Moldova Daxili İşlər Nazirliyinin Mətbuat xidməti  feysbuk hesabında paylaşıb. Bildirilir ki, raket Ukraynanın Vinnitsa vilayətinin yaxınlığında yerləşən Naslavça yaşayış məntəqəsinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, bəzi evlərin pəncərələri sınıb. Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın…

Türkiyə Ukraynadan taxıl daşınması ilə bağlı açıqlama yayıb

“Rusiya “taxıl sövdələşməsi”ndə iştirakını dayandırdığı üçün Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxması həyata keçirilməyəcək”, – məlumatda deyilir. Eyni zamanda, nazirlik rusiyalı heyətin İstanbuldakı Birgə Koordinasiya Mərkəzində hələ də qaldığını qeyd edib. Bundan əlavə, yaxın iki gündə İstanbulda taxıl daşıyan gəmilərə…

Ukrayna, Türkiyə və BMT Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər

Ukrayna, Türkiyə və BMT “Qara dəniz Təşəbbüsü” çərçivəsində oktyabrın 31-də Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər. Bunu Birgə Koordinasiya Mərkəzi (BKM) açıqlayıb. Mərkəzin Rusiyaya bu barədə məlumat verdiyi bildirilib. BKM həmçinin qeyd edib ki, bazar günü taxıl sazişi çərçivəsində 6 gəmi Ukrayna limanlarını tərk edib, lakin onlar hələ də humanitar dəhlizə daxil…

Ukrayna intensiv raket atəşi altında

Oktyabrın 31-də səhər rus işğalçıları Kiyevə və Kiyev vilayətinə hücum etdilər. Bu barədə məlumatı mer Vitali Kliçko Telegram-da təsdiqləyib. Onun sözlərinə görə, mühüm infrastruktur obyektlərinə hücum edilib. “Paytaxtın bir hissəsi enerjisizdir. Bəzi ərazilərdə su yoxdur. Bütün xidmətlər işləyir. Ətraflı təfərrüatları sonra”, Kliçko yazıb. Regionun rəhbəri Aleksey Kuleba Telegram-da bildirib ki, eyni zamanda hava hücumundan müdafiə…

ABŞ və Cənubi Koreya birgə hərbi təlimə başladılar

ABŞ və Cənubi Koreya bu gün tarixdə ən böyük birgə hərbi təlimə başlayıblar. Bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat verib. Bildirilib ki, “Vigilant Storm” adlı təlim noyabrın 4-dək davam edəcək və 240-dək hərbi təyyarə təxminən 1600 döyüş əməliyyatında iştirak edəcək. Bu, hər il keçirilən tədbirin tarixində ən böyük rəqəmdir. Müttəfiqlərin sözlərinə görə, bu cür təlimlər…