BMT Rusiyanın Taxıl sazişi”ni dayandırması ilə əlaqədar təcili toplanır

Rusiyanın “Taxıl sazişi”ndə iştirakının dayandırması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. Hələlik Təhlükəsizlik Şurasının növbədənkənar iclasının günü və vaxtı ilə bağlı məlumat yoxdur. Qeyd edək ki, bir neçə saat əvvəl Rusiya Federasiyası Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakını dayandırdığını elan edib. Qərarın Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı…

Ərdoğan Türkiyə istehsalı olan avtomobilin təqdimatını etdi – VİDEO

Türkiyənin öz istehsalı olan “Togg” avtomobilinin istehsal ediləcəyi zavodun açılışı olub. Bursa şəhərində yerləşən zavodun açılışı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. “Togg” avtomobilinin sükan arxasında ilk oturan şəxs də Ərdoğan olub. Qeyd edək ki, istehsalına 2022-ci ildə başlanılan “Togg” avtomobilləri elektriklə çalışacaq. Avtomobillərinin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da…

Doqquz kəndin işğaldan azad edilməsindən iki il keçir

Azərbaycan ordusunun bir neçə kəndi işğaldan azad etməsindən iki il keçir. 2020-ci ilin oktyabrın 30-da Cəbrayılın Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri işğaldan azad edilib. Eyni gündə Zəngilanın Aladin, Vejnəli, Qubadlının Kavdadıq, Məmər və Mollalı kəndləri işğaldan təmizlənib. Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.