Prezident media əməkdaşını “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Rezonans.az-ın məlumatına görə təltif olunanlar arasında Vətən müharibəsinə könüllü olaraq qatılan “Rezonans” informasiya portalı -nın Baş redaktor müavini Toğrul Həsənov da var. Sərəncama əsasən, Həsənov Toğrul Nizaməddin oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Qeyd edək ki, Toğrul Həsənov “Cəsur döyüşçü” medalı ilə də təltif edilib.

