ABŞ Azərbaycan və Ermənistana çağırış edib – Sərhəddəki gərginliklə bağlı

“Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır”. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yayılan məlumatda yer alıb. “Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, – deyə məlumatda qeyd olunub/Report. Xatırladaq ki, iyulun 19-u saat 17:00-da, 20:50-də və 23:40…

Diasporla İş üzrə Dövlət Komitəsində bəstəkar Cavanşır Quliyevlə görüş keçirilib

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüş keçirib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların gördüyü işlər daim diqqət mərkəzində…

Norveç Azərbaycanı o siyahıdan çıxardı

Norveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb. Bu barədə qərar iyulun 19-u qüvvəyə minib. Qeyd edilir ki, ölkənin sözügedən siyahıdan çıxarılması bu Azərbaycandan Norveçə gələnlərin karantin tələblərinə riayət etməməsi demək deyil. Bildirilir ki, hazırdı Norveç Azərbaycanı koronavirus üzrə “bənövşəyi” siyahıya aid edir, bu da ölkədə gündəlik az sayda yeni yoluxma halının qeydə alınması deməkdir.

Livandan İsrailə raket atıldı

Livandan İsrail ərazisinə iki raket atılıb. Bu barədə israilin Müdafiə Ordusunun “Twitter” səhifəsində deyilir. Məlumata əsasən, raketlərdən biri “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər raket boş əraziyə düşüb: “Biz əvvəlki kimi İsraili hər cəbhədə müdafiə etməyə hazırıq”.

Petro Poroşenko: “Gələn il Qurban bayramını Krımda qeyd edəcəyik”

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Krımı bir il ərzində geri qaytaracaqlarına əmindir. P.Poroşenko bu barədə Qurban bayramı münasibətilə Krım tatarlarına və bütün Ukrayna müsəlmanlarına müraciəti zamanı bildirib. “Ən məşhur islam bayramı olan Qurban bayramı münasibətilə müsəlmanları ürəkdən təbrik edirəm. Bu bayram yaxşılıq etməyə, itaətkar və mərhəmətli olmağa ilham verir. Bu bayram günündə Krım tatar qardaş…