Şəkinin Xan məscidi ərazisində yeni arxeoloji tapıntılar aşkarlanıb
Şəki rayonundakı 1-ci Cümə məscidi kimi tanınan Şəki Xan məscidinin ərazisində 6 nöqtədə arxeoloji qazıntı işləri davam etməkdədir. Tədqiqat işləri Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Rezonans.az xəbər verir ki, Arxeoloji Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun söylədiyinə əsasən, hazırkı il iyunun 21-dən bu ərazidə…





