İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak ediblər

Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər. Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam…