Türkiyədə zəlzələdə yaxınlarını itirənlərə veriləcək təzminatın həcmi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib. O, zəlzələdə həyatını itirənlərin yaxınlarına təcili ehtiyacları üçün 100 min lirə (təxminən 9 min azn) nağd pul veriləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, hazırda dövlət 1,6 milyon zərərçəkmiş vətəndaşın ehtiyaclarını qarşılayır.

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində paylaşım edib. Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir. Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı…

ABŞ ələ keçirdiyi İran silahları Ukraynaya verə bilər

ABŞ ordusu Ukraynaya ələ keçirdiyi İran silahların verilməsi imkanını nəzərdən keçirir. Söhbət İranın Yəməndə dəstəklədiyi qruplaşmalara göndərdiyi silahlardan gedir. Ukraynaya 5 min avtomat, 1,6 milyon patron, az sayda tank əleyhinə raketlər və 7 mindən çox təmasslz partlayıcı verilə bilər. Ağ Evin Milli Təhlükəsizlik Şurası bu məlumatın dərci ilə bağlı şərh verməkdən imtina edib.